Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Ankaradakı yeni səfiri - Onun səfirliyi dövründə Türkiyəni nə gözləyir?

Cef Fleyk kimdir və onun səfirliyi dövründə Türkiyəni nə gözləyir?..

İstemi Yılmaz
“Şarku'l Avsat” qəzeti, 17 iyul 2021-ci il

Vaşinqton-Ankara xəttində türk əsgərləri tərəfindən Kabil Hava Limanının qorunması ilə bağlı danışıqlar davam edir. Əfqanıstanda “Taliban” hərəkatının sürətlə irəliləməsi və NATO-ya üzv olan ölkələrin əsgərlərinin geri çəkilməsi ilə bağlı hazırlıqların aparıldığı bu günlərdə tərəflər razılıq əldə etməyə yaxınlaşırlar. Hava limanının təhlükəsizliyi türk əsgərlərinə həvalə edilsə, Ankara yenidən Atlantik İttifaqının dəyərli üzvü olacaq. Ən azından Türkiyənin hesabı bu istiqamətdədir.

Bütün bu Əfqanıstan danışıqlarının ortasında isə Vaşinqton başqa bir həmlə edib və türk diplomatiyasına rəhbərlik edəcək şəxsi təyin edib. Prezident Co Bayden ABŞ-ın Ankara səfirliyinə keçmiş Arizona senatoru Ceff Fleykin namizədliyini verib. Arizona ştatını təmsil edən Amerika Konqresinin hər iki evində vəzifə yerinə yetirən Fleyk komissiyanın təsdiqini alsa, Ankaraya köçəcək.

Bəs bu Cef Fleyk kimdir və onun səfirliyi dövründə Türkiyəni nə gözləyir?

Demokrat Co Baydendən fərqli olaraq, Fleyk Respublikaçıdır. Ancaq Donald Tramp dövrünün gələn “yeni normal” xaricində, olduqca mühafizəkar bir siyasətçidir. Başqa sözlə, Amerika sisteminin qurulmuş nizam siyasətini təmsil edir. Özünü “ənənəvi mühafizəkar Respublikaçı” və ya “65% mühafizəkar, 35% liberal” kimi təqdim edir. Trampın partiyasına gətirdiyi “populist və avtoritar” atmosferdən isə narahatdır.

Prezident olduğu dövrdə partiyasından ən çox Trampı tənqid edən siyasi aktyorlardan biri idi. Baydenə itirdiyi seçkilərdə qanun pozuntuları olduğunu iddia edən keçmiş ABŞ-ın prezidentini yalan danışmaqda günahlandırırdı. Trampı tez-tez “güc zəhərlənməsi”ndə günahlandıran Fleykin sözlərinə görə, o, bu düşüncə naminə partiyasından belə imtina edə bilərdi.

Əslində, bu dözümsüzlük o həddə çatmışdı ki, Fleyk 2020-ci il prezident seçkilərində Baydenin xeyrinə işləmişdi. Con Uorner, Qordon Hamfri Çarli Dent və Stiv Bartlet kimi keçmiş Respublikaçı senatorlar və nümayəndələrlə birlikdə seçkilərdə Demokrat Co Baydenə dəstək verəcəyini açıqlamışdı. Fleyk Ankarada səfir olmaqla bu işlərin mükafatını almış oldu.

Ailəsində dindar bir mormon olaraq böyüdülmüş və ulu babası tanınmış mormonlardan biri olan Fleyk də teologiya ilə yaxından əlaqəlidir. Fleyk gənc yaşlarında Zimbabve və Cənubi Afrikada “mormon kilsəsinin missioneri” kimi xidmət etmişdir. Mormonlar Türkiyədə qapalı qruplarda da missionerlik fəaliyyətlərini həyata keçirirlər. Pastor Bransonun aktında da tez-tez bəhs edilən bu qrupun öz fədakarlığı və idealizmi sayəsində Amerikanın gizli xidmətlərində çalışdığı iddia edilir.

ABŞ-ın Ankaradakı səfirinin Türkiyə siyasəti ilə əlaqəsi olduqca məhduddur. İndiyə qədər yalnız iki məsələdə səsini çıxarıb. Birincisi, rahib Bransonun ABŞ-a təhvil verilməsi üçün təzyiqlərin artırıldığı dönəmdə Trampın Türkiyə iqtisadiyyatını məhv etməklə təhdid etməsi idi. O vaxt Fleyk Trampın bu mövqeyinin ABŞ prezidentinə yaraşmadığını bildirmişdi. İkincisi, Trampın ABŞ əsgərlərini Suriyadan çıxarmaq qərarı idi. Respublikaçı Fleyk Trampı Pentaqonun brifinqlərini pozmaqda və prezident vəzifəsini icra etməməkdə günahlandırırdı.

Nəticə olaraq, Fleyk yeni və təcrübəsiz bir simadır. Bunun yaxşı və pis nəticələr doğuracağı dəqiqdir. Türkiyə üçün üstünlüyü odur ki, böhran dövründə sözügedən çatışmazlıq Fleyki gözlənilməz qərarlar qəbul etməkdən çəkindirəcək. Bu işin mənfi tərəfi budur ki, təcrübəsizlik Fleyki duyğularına və inanclarına uyğun davranmağa məcbur edəcək. Suriyada terror təşkilatı YPG/PKK-ya verilən dəstəyi qiymətləndirən və mormonlarla olan əlaqəsini gizlətməyən bir Amerika bürokratının Türkiyədəki şəbəkəsini inkişaf etdirmək istəməməsi ağlasığmazdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar