Cümə axşamı, 29 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Neftin qiyməti Rusiya üçün ikibaşlı dəyənəkdir! - “Qiymətin qalxması Putini sevindirir, amma...”

Neftin qiyməti yüksəlir. 2020-ci ldə koronavirus neftə olan tələbatı azaltmışdı və buna görə qiymətlər aşağı yuvarlanmışdı. Lakin müəyyən vaxtdan sonra tələbat yenidən artmağa başladı.

- "OPEK+" ölkələrinin konfransı

Hal-hazırda “OPEK+”-da 23 ölkə var. Bu ölkələr müntəzəm olaraq neftin hasilat kvotasını müzakirə edirlər. Əslində onları neft hasil edən ölkələrin karteli adlandırmaq mümkündür.

27 apreldə keçirilən "OPEK+" konfransının iştirakçıları iyula qədər kvota müəyyənləşdirmiş, növbəti yığıncaq isə 1 iyula təyin olunmuşdu. Lakin 1 uyulda başlayan və üç gün davam edən konfransda tərəflər nəinki hasilatın avqustadan etibarən azaldılması məsələsində razılığa gəliblər, onlar hətta növbəti yığıncağın vaxtını belə müəyyənləşdirməyiblər.

- Rusiya iqtisadiyyatı neftdən asılıdır

Rusiya iqtisadiyyatı neftin qiymətindən asılıdır. Əgər neftin qiyməti qalxırsa, Rusiya iqtisadiyyatı inkişaf edir, əksinə, neftin qiyməti aşağı düşürsə, iqtisadiyyat daralır. 

Neftin qiyməti ilə (Ural markalı neft) Rusiya dövlət büdcəsi arasındakı nisbət aşağıdakı kimidir:

Rusiyanın indiki büdcəsində neftin bir barrelinin qiyməti 45,3 dollar götürülüb.

Hazırda “Ural” markalı neftin bir barrelinin qiyməti 70 dollardır, yanvardan iyunadək orta göstərici 63,35 dollar olub. ”Ural” markalı neftin qiymətinin necə dəyişməsi ilə tanış olaq.

Arayış üçün deyək ki, 2021-ci ilin yanavrından mayınadək ixrac edilən neftin və təbii qazın həcmi və qiyməti Rusiya Gömrük Agentliyinin məlumatına əsasən aşağıdakı kimi olub: 

İxrac edilən neftin həcmi: 87,73 milyon ton (keçən ilkindən 16,9% çoxdur).

İxracdan əldə edilən gəlir: 36,36 milyard dollar (keçən ilkindən 7,1 % daha artıqdır).

Təbii qaz ixracının həcmi 91,4 milyard kubmetr olub (keçən illə müqayisədə 15,3% artıqdır).

İxracın dəyəri - 16,24 milyard dollar (keçən illə müqayisədə 7,1% daha artıqdır).

Bundan əlavə, Rusiyanın ”Kommersant” qəzetinin məlumatına görə, Baltik dənizindən keçən və tikintisi ABŞ hökumətinin təzyiqləriylə üzləşən “Şimal axını-2” bu ilin avqustunda hazır olacaq.

Neftin qiymətinin yüksəlməsi ilə yanaşı təbii qazın da qiyməti qalxır. ”Şimal axını-2”-nin tikintisi artıq başa çatır və ona görə də Rusiya Prezidenti Vladimir Putinin sevincinin həddi-hüdudu yoxdur.

Yüksək neft qitmətləri Rusiya üçün xilasedici dairədir. Qara qızılın qiyməti 1980-cı illərin sonundan başlayaraq 15 il ərzində aşağı səviyyələrdə olub. Neft qiymətlərinin kəskin düşüşü SSRİ-nin çökməsinə güclü təkan verdi.

1999-cu ilin yeni il ərəfəsində Rusiya Prezidenti Boris Yeltsin istefaya getdi və onun təyin etdiyi Baş nazir Vladimir Putin Prezidentin səlahiyyətlərini müvəqqəti icra etməyə başladı. Putin 2000-ci ilin martında keçirilən Prezident seçkilərində qalib gəldi. Həmin ilin may ayında keçirilən Prezidentin andiçmə mərasimində neftin qiyməti tədricən yüksəlməyə başlayırdı və Rusiya lideri bu prosesdən həzz alırdı.

Bəs nəyə görə 1986-cı ildə neftin qiymətində kəskin çöküş baş vermişdi? O zaman Səudiyyə Ərəbistanı proqnozlaşdırırdı ki, Şimal dənizindən çıxarılan neft hesabına qiymətlər kəskin düşəcək. Bunun qarşısını almaqdan ötrü Səudiyyə Ərəbistanı neft hasil edən ölkələri hasilatı azaltmağa çağırdı və bu istiqamətdə birinci addımı da özü atdı.

Lakin digər neft çıxaran ölkələr hasilatı azaltmadılar və bunun nəticəsində dünya neft bazarında öz payını yalnız Səudiyyə Ərəbistanı itirdi. Səudiyyə Ərəbistanının neft naziri Əhməd Zəki Yamani kral ailəsi tərəfindən tənqidlərə məruz qaldı. Ona görə də Səudiyyə Ərəbistanı 13 sentyabr 1985-ci ildə hasilatın artırılacağını bəyan etdi. Bu isə qiymətlərin çöküşünə gətirib çıxardı və nəticədə neftin qiyməti sonrakı 15 il ərzində aşağı səviyyədə qaldı.

Prezident Putin 2005-ci ilin aprel ayında deyirdi: ”SSRİ-nin dağılması əsrin böyük geosiyasi fəlakətidir”.

Beləliklə, bəs əgər neftin qiyməti indiki yüksək səviyyəsində qalarsa, Rusiya inkişaf edəcəkmi? Qısamüddətli perspektivdə - bəli. Amma hər halda əgər ortamüddətli və uzunmüddətli perspektivə nəzər yetirsək, deyə bilərik ki, yüksək neft qiymətləri neft istehlak edən ölkələri alternativ yanacaq axtarmağa məcbur edəcək. Bunun nəticəsində isə neftə tələbat azalacaq və böyük miqdarda neft yerin altında qalacaq.

Başqa sözlə desək, neftin qiymətinin qalxması Rusiya üçün ikibaşlı dəyənəkdir. Ümid edək ki, yaxın zamanlarda "OPEK+" konfransı keçiriləcək və orada istehlakçılar və istehsalçılar arasında kompromis əldə ediləcək və neftin bir barrelinin qiyməti 50 dollar səviyyəsini aşmayacaq. Yəni Vladimir Putinin dediyi kimi, sabit bir səviyyə olmalıdır.

(“JB Press”-Yaponiya. Qısa ixtisarla)

Tərcümə "AzPolitika"nındır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

Azərbaycanlı kriminal avtoritet Rusiyada dünyasını dəyişdi

Makron Bakıya gəlir... - Azərbaycana düşmən kimi baxan Fransa prezidentinin bu səfəri nəyə hesablanıb?

Putin Rusiya Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Aqil Abbas: "Allahşükür Paşazadə Ermənistanın dini lideri olacaq" - Video

Ermənistanın vaxtına günlər qaldı - Azərbaycan tarixi hadisənin astanasında

“Bu hegemonluq, yaramazlıq və alçaqlıqdır” - Xeyrəddin Qocadan vaksin açıqlaması

Ermənistan Kəlbəcər istiqamətində təxribatları intensivləşdirir... - Yeravanın hazırkı strategiyası nədir?

İranda səngimək bilməyən etirazlar... - Demokratlar yeni “ərəb baharı”na İranda start verir?..

Ən çox oxunanalar