Cümə axşamı, 29 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Baş nazir: “Peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarət gücləndiriləcək”

"Peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı var"

PİA.az xəbər verir ki, bu fikirləri baş nazir baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov keçirdiyi Qərargahın geniş tərkibdə respublika müşavirəsində deyib.

Baş nazir bildirib ki, Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcək.

Müşavirədə peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarətin gücləndirilməsi və sərt tədbirlərin görülməsi məsələsi də müzakirə olunub.

Diqqətə çatdırılıb ki, peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı var.

Peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verildi.

Sonda Baş nazir Əli Əsədov vətəndaşlara müraciət edərək bildirib ki, peyvəndlənmə xəstəliyin qarşısını almaq üçün ən təsirli vasitədir. Pandemiyanın əvvəlindən nümayiş etdirdiyimiz həmrəyliyimizi peyvəndlənmə mərhələsində də davam etdirməyimiz vacibdir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

Azərbaycanlı kriminal avtoritet Rusiyada dünyasını dəyişdi

Makron Bakıya gəlir... - Azərbaycana düşmən kimi baxan Fransa prezidentinin bu səfəri nəyə hesablanıb?

Aqil Abbas: "Allahşükür Paşazadə Ermənistanın dini lideri olacaq" - Video

Putin Rusiya Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Ermənistanın vaxtına günlər qaldı - Azərbaycan tarixi hadisənin astanasında

“Bu hegemonluq, yaramazlıq və alçaqlıqdır” - Xeyrəddin Qocadan vaksin açıqlaması

Ermənistan Kəlbəcər istiqamətində təxribatları intensivləşdirir... - Yeravanın hazırkı strategiyası nədir?

İranda səngimək bilməyən etirazlar... - Demokratlar yeni “ərəb baharı”na İranda start verir?..

Ən çox oxunanalar