Çərşənbə, 28 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Jurnalist və fəallar necə dinlənilib? – “PEGASUS”un özəllikləri

Artıq iki gündür bütün dünyanın diqqəti vacib olan məsələyə köklənib. Həmin məsələ Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) son araşdırmasıdır.

Qeyd edək ki, İsrailə məxsus NSO Group şirkəti “Pegasus” adlı proqram hazırlayaraq, onunla bir çoxlarının dinlənməsində və izlənməsində istifadə edib. Təbii ki, bu prosesi onlar konkret sifarişlər əsasında həyata keçiriblər.

Bildirək ki, “NGO Group”un sifarişçiləri sırasında 10 dövlətin adı keçir. Həmin dövlətlərdən biri də Azərbaycandır. Ki, OCCRP-un araşdırmasında görə, Azərbaycan hakimiyyəti həmin proqram vasitəsi ilə 1000-ə yaxın jurnalistin və başqa ictimai fəalların telefonlarının izlənməsini həyata keçirib. Hətta dünən izlənənlərdən 74 nəfərin adı dəqiqləşib. Layihə rəhbərliyi hazırda adların dəqiqləşdirildiyini və yekun siyahını yaxın günlərdə açıqlayacağını bəyan edib.

“Pegasus” proqramı təkcə Azərbaycan hakimiyyətinin deyil, eyni zamanda, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Mərakeş, Hindistan, Qazaxıstan, Macarıstan, Meksika, Ruanda və Səudiyyə Ərəbistanının da işinə yarayıb. Dinlənilənlər arasında isə CNN, The New York Times, Al Jazeera, Le Monde, Bloomberg kimi məhşur media quruluşları da yer alıb.

Proses həmçinin Türkiyəyə qədər uzanıb. Buna səbəb isə Camal Kaşıqçı cinayəti səbəb olub. “Milliyet” qəzetinin yaydığı məlumata görə, Kaşıqçı cinayətini araşdıran prokurorun telefonları dinlənilib. Bundan xəbər tutan İrfan Fidan MİT-ə müraciət edərək, telefonunun dinlənə biləcəyi barədə xəbərdarlıq edib. Türkiyədə həmçinin AKP sədrinin müavini Yasin Aktay və Türk-Ərəb Media Dərnəyinin başqanı Turan Kışlakçı da var.

Qeyd edək ki, “NSO Group” şirkəti haqqında səsləndirilən ittihamları rədd edib. Şirkət bəyan edib ki, onlar “terrorizm və ciddi ittihamlarla mübarizə etmələrinə yardımçı olmaq məqsədi ilə müxtəlif ölkələrə və ya hüquq mühafizə orqanlarına texnoloji xirmət göstəriblər”.

Jamaz.info “Pegasus” proqramının telefonlara necə müdaxilə etdiyini və həmin telefonlarda necə özünə yer aldığı ilə bağlı kiçik araşdırma aparıb. Həmin araşdırma zamanı məlum olub ki, bu proqramların android və İphone telefonlarına sızması üçün elə də ciddi proseslərə gərək yoxdur. Həmin proqramın xüsusi özəlliyi odur ki, hədəf alınmış şəxsin telefonuna virus göndərməyə də gərək qalmır. Yəni, şəxsin həmin viruslu proqramı açıb, açmamasına da ehtiyac yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

Azərbaycanlı kriminal avtoritet Rusiyada dünyasını dəyişdi

Makron Bakıya gəlir... - Azərbaycana düşmən kimi baxan Fransa prezidentinin bu səfəri nəyə hesablanıb?

Ermənistanın vaxtına günlər qaldı - Azərbaycan tarixi hadisənin astanasında

Putin Rusiya Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Aqil Abbas: "Allahşükür Paşazadə Ermənistanın dini lideri olacaq" - Video

“Bu hegemonluq, yaramazlıq və alçaqlıqdır” - Xeyrəddin Qocadan vaksin açıqlaması

Ermənistan Kəlbəcər istiqamətində təxribatları intensivləşdirir... - Yeravanın hazırkı strategiyası nədir?

Ən çox oxunanalar