Çərşənbə, 28 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ-la Almaniya “Şimal axını-2”-nin işə salınmasında razılığa gəldilər

ABŞ və Almaniya "Şimal Axını-2" layihəsinin işə salınmasından sonra Ukrayna üzərindən qaz tranzitinə zəmanət vermək məsələsində razılığa gəliblər". 

PİA.az xəbər verir ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bu açıqlama ilə çıxış edib. 
 
O bildirib ki, Almaniya razılaşma çərçivəsində hazırkı razılaşmanın daha 10 il uzadılmasına nail olmağı öhdəsinə götürüb. Bu barədə birgə bəyanat isə daha sonra veriləcək.
 
"Bu gün günorta biz Almaniya hökuməti ilə əldə etdiyimiz razılaşmanı dərc edəcəyik",— deyə xanım Nuland ABŞ Senatının beynəlxalq məsələlər komitəsi qarşısında hesabat zamanı bildirib.
 
Xanım Nulandın sözlərinə görə, əgər razılaşma əldə edilməsəydi, Ukrayna "böyük riskə məruz qalardı". O, ayrıca qeyd edib ki, ABŞ Ukrayna hökumətinin bəyanatlarına nəzarət etməyə cəhd göstərməyib və göstərməyəcək. “Ukrayna suveren dövlət kimi öz mövqeyini ifadə edən bəyanatlar vermək hüququna malikdir".
 
Qeyd edək ki, “Bloomberg” dünən ABŞ-la Almaniya arasında “Şimal axını-2” layihəsi ilə əlaqədar razılıq əldə olunduğu barədə məlumat yaymışdı.

ABŞ-la Almaniyanın "ortaq enerji məxrəci”: Ukrayna üzərindən qaz nəqli ən azı 10 il dayandırıla bilməz.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Anna Akopyan Bakıdan gələn qara kürü yeyir" - Foto

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

Azərbaycanlı kriminal avtoritet Rusiyada dünyasını dəyişdi

Makron Bakıya gəlir... - Azərbaycana düşmən kimi baxan Fransa prezidentinin bu səfəri nəyə hesablanıb?

Ermənistanın vaxtına günlər qaldı - Azərbaycan tarixi hadisənin astanasında

Putin Rusiya Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Aqil Abbas: "Allahşükür Paşazadə Ermənistanın dini lideri olacaq" - Video

Ermənistan Kəlbəcər istiqamətində təxribatları intensivləşdirir... - Yeravanın hazırkı strategiyası nədir?

Ən çox oxunanalar