Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova Ermənistan-Azərbaycan sərhədindəki insidentlərdən danışdı

Rusiyanın AzərbaycanErmənistanla yaxın əlaqələri var. Rusiya Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətə böyük diqqət ayırır. Həmçinin, Rusiya sülhməramlı qüvvələrinin olduğu Dağlıq Qarabağdakı vəziyyət də diqqətimizdədir”.

PİA.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Rusiya regionda sabitliyin qorunmasına və dinc həyatın Dağlıq Qarabağa qaytarılmasına mühüm töhfə verir.

“Humanitar vəziyyətin normallaşmasında iştirak edirik. Eyni zamanda, Bakı və İrəvan arasında etibarın artırılmasına kömək edirik. Gələcəkdə BMTUNESCO-nun missiyalarının bölgəyə girişinin təminatına dəstək verəcəyik. Əlbəttə ki, Azərbaycanla Ermənistan sərhədində regional vəziyyətə aktiv təsir göstərən və tərəflər arasında dialoqa kömək etməyən hər hansı eskalasiya bizi narahat edir. Bu, mülki vətəndaşlar arasında itkilərə gətirib çıxarır.

Bizim mövqeyimiz aydındır: sərhəddəki insidentlər siyasi və diplomatik yolla həll olunmalıdır. Qarşıdurma yaradan narrativlərdən çəkinməyin və qarşılıqlı qəbul olunan kompromislər tapmağın tərəfdarıyıq. Hər iki tərəfə də söylədiyimiz budur. Davamlı de-eskalasiyanın AzərbaycanErmənistan sərhədində münasibətlərin normallaşmasına yönəlmiş davamlı səylərlə təmin edilə biləcəyinə əminik. Bizdə kartoqrafik materiallar var ki, bu, tərəflər arasında münasibətlərin inkişafına kömək edəcək. Hər iki tərəfin nazirlikləri ilə yaxın təmasdayıq”, - deyə M. Zaxarova vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar