Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, Rusiya, İran və Türkiyə ümumi regional bazar yaradır - Ermənistan yenə də kənarda qalıb...

Azərbaycan, Rusiya, İran, və Türkiyə ümumi regional bazarı ümumilikdə regionun iqtisadi həyatında hansı canlandırma yarada bilər və hansı sahələrdə rifaha səbəb ola bilər?..

İqtisadçı-ekspert: “Azərbaycanın xammal ixracatçısından hazır mal ixracatçısına çevrilməsi xüsusi əhəmiyyətlu strateji məsələdir. Buna görə də bu regional bazarın formalaşması Azərbaycanın qeyri-xammal sektorunun inkişafı baxımından əlverişli olacaq”.

“Bu layihə ilə regionda statuslar müəyyənləşməmiş regional oyunçular özlərinin təsir güclərini ifadə etmək istəyirlər ki, gələcəkdə kənar güclər elə də aktiv platforma əldə edə bilməsin. İranın bu layihəyə xüsusi maraq göstərməsi də bununla bağlıdır”.

Bu sözləri iqtisadçı-ekspert Məhəmməd Talıblı Azərbaycan, Rusiya, İran və Türkiyənn yaratdıqları ümumi regional bazarı PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan, Rusiya, İran və Türkiyə ümumi regional bazar yaratmaq üçün momerondum hazırlayıblar. Bu barədə İranın informasiya və texnologiyalar naziri Məhəmməd Cavad Azəri məlumat verib. O bildirib ki, bununla bağlı çox yaxın zamanda momerandum imzalanacaq.

İranlı nazir qeyd edib ki, regional bazarlar ticari-iqtisadi münasibətlərdə əsas rol oynayır. Məhəmməd Cavad Azəri xüsusi olaraq vurğulayıb ki, İran tərəfi ümumi regional bazarın və hüquqi normaların hazırlanması və yaradılması üçün böyük səylər göstərib: “Bu işlər bizim Rusiya, Türkiyə və Azərbaycanla əməkdaşlığımızın nəticəsi olub və bununla əlaqədar müvafiq memorandumlar hazırlanıb”.

Məhəmməd Cavad Azərinin sözlərinə görə, vahid regional bazarın yaradılması məqsədilə Hindistan, Azərbaycan, Türkiyə və Rusiya ilə danışıqlar davam edir: “Bu layihə çərçivəsində Bakı və Tehranda üç iclas keçirilib. İclasların yekunlarına əsasən, ümumi regional bazarın yaradılması üçün əməkdaşlıq barədə saziş imzalanıb”.

Azərbaycan, Rusiya, İran, və Türkiyə ümumi regional bazarı ümumilikdə regionun iqtisadi həyatında hansı canlandırma yarada bilər və hansı sahələrdə rifaha səbəb ola bilər? İranla sərhəd ölkə olaraq Ermənistanın bu layihədən kənarda qalması nədən xəbər verir? Zəngəzur dəhlizinin açılması şəraitində ümumi bazarın iqtisadi miqyasına necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Məhəmməd Talıblı ilə müzakirə edib.

Məhəmməd Talıblı: “Regional layihələrdə iştiirak etmək üçün, Yeravan Cənubi Qafqaza davamlı sülhün gəlməsini təmin etməlidir. Bunun üçünsə təibi ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır”.

Azərbaycanın strateji olaraq əsas iqtisadi vektorunun avroatlantik məkana inteqrasiyadan keçdiyini vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, regional birlik formatları heç zaman strateji hədəfləri əvəz edə bilməyəcək:

“İşğal altından azad olunmuş bölgələrdə dinamik iqtisadi proseslər yeni konfiqurasiya yaratmaq üçün fürsətidir. Hesab edirəm ki, bu layihə ilə regionda statuslar müəyyənləşməmiş regional oyunçular özlərinin təsir güclərini ifadə etmək istəyirlər ki, gələcəkdə kənar güclər elə də aktiv platforma əldə edə bilməsin. İranın bu layihəyə xüsusi maraq göstərməsi də bununla bağlıdır. Buna görə də Azərbaycan, Rusiya, İran, və Türkiyə ümumi regional bazar yaratmaq üçün momerondum hazırlayıblar. Bildiyimiz kimi Azərbaycan iqtisadi inkişaf istiqaməti əsasən neft strategiyasına söykənir. İndi Azərbaycan daha yüksək keyfiyyətli qeyri-neft malları ilə xarici bazarlara çıxmaq şansı əldə edir və bu şans dəyərləndirilməlidir­. Ümumiyyətlə Azərbaycanın xammal ixracatçısından hazır mal ixracatçısına çevrilməsi xüsusi əhəmiyyətlu strateji məsələdir. Buna görə də bu regional bazarın formalaşması Azərbaycanın qeyri-xammal sektorunun inkişafı baxımından əlverişli olacaq.

Ermənistanın bu layihədən kənarda qalması isə gözlənilən idi. Məlumdur ki, son dövrdə regionda demək olar ki, çox hadisələr baş verib. Müharibədən sonra regionda Azərbaycanın mövqeyi daha da güclənib. Ermənistannın mövqeləri isə sarsılıb. Əgər müharibədən əvvəl özünü qalib dövlət kimi təqdim edib regiondakı transmilli layihələrdən kənarda qalmasını bununla əlaqələndirib özünə təsəlli verə bilirdisə də, indi məğlub dövlət olaraq bundan da mərhumdur. Regional layihələrdə iştiirak etmək üçünsə, Ermənistan Cənubi Qafqaza davamlı sülhün gəlməsini təmin etməlidir. Bunun üçünsə təbii ki, Yeravan Azərbaycanla sülh sazişi imzalamalıdır. Yəni Yeravan nəqliyyat dəhlizlərinin blokadasının ortadan qaldırılması üçün real addımlar atmalıdır. Əks təqdirdə Ermənistan yenə də regional iqtisadi layihələrdən kanar qalacaq və bu layihələrdən bəhrələnə bilməyəcak.

Məhəmməd Talıblı: “Regional birlik formatları cari uğurlar üçün əsasdır. Bizim strateji olaraq əsas iqtisadi vektorumuz avroatlantik məkana inteqrasiyadan keçir. Bu baxımdan regional birlik formatları heç zaman bizim strateji hədəfləri əvəz edə bilməyəcək”.

İndiki məqamda isə Ermənistanın hələ də sülhdən qaçınması, yeni müharibə xəyallarını qurması, o cümlədən sərhəddə baş verənlər bu dövlətin gələcək imkanlarını bir xeyli məhdudlaşdırır. Ermənilər bu sadə reallığı görmək istəmədikcə isə ancaq öz gələcək imkanlarını korlamaqla məşğuldurlar.

“Zəngəzur dəhlizi” bu baxımdan açar rolunu oynayır. Məhz “Zəngəzur dəhlizi” Ermənistan üçün xilas yoludur. Əslində bu dəhliz bir qarışqanın sel fəlakətindən qurtulması üçün saman çöpüdür. Erməni xalqının bu fürsəti dəyərləndirib dəyərləndirməməsi isə onların öz işidir.

Ümumilikdə götürdükdə isə mən Azərbaycan, Rusiya, İran, və Türkiyənin yaradacağı ümumi regional bazar ilə bağlı çox da optimist deyiləm. Bu regional bazarın nə qədər effektiv olacağını və region xalqlarının rifahına nə qədər müsbət təsir edəcəyini zaman göstərəcək. Çünki regional birlik formatları cari uğurlar üçün əsasdır. Onu da qeyd edim ki, bizim strateji olaraq əsas iqtisadi vektorumuz avroatlantik məkana inteqrasiyadan keçir. Bu baxımdan regional birlik formatları heç zaman bizim strateji hədəfləri əvəz edə bilməyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar