Əfqanıstanda son 24 saatda “Taliban” qruplaşmasının 438 silahlısı ölüb və yaralanıb.
“Sputnik Afqanistan” xəbər verir ki, məlumatı Əfqanıstan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, iyulun 24-də hökumət qüvvələri ilə döyüşdə “Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb.
Məlumata görə, qruplaşmanın basdırdığı 21 mina aşkarlanıb.
Məlumata əsasən, Lağman, Nanqəhar, Nuristan, Kunar, Qəznə, Paktiya, Qəndəhar, Herat, Bəlx, Cauzcan, Gilmend, Kunduz və Kapisaya hücümlar, atışma davam edir.
pia.az