Cümə, 24 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Fransalı deputatlar İmarət qəbiristanlığını və İmarət stadionunu ziyarət ediblər - Video

Fransa Milli Assambleyasının nümayəndə heyəti Ağdam şəhərinə səfəri çərçivəsində Qarabağ xanlarının türbələrinin yerləşdiyi İmarət qəbiristanlığını və işğaldan əvvəl "Qarabağ" futbol klubunun stadionu olan İmarət stadionunu ziyarət ediblər.

Azərbaycan Respublikası Prezidentinin şəxsi nümayəndəsi Emin Həsənov qonaqlara türbələr barədə məlumat verib. Qeyd edilib ki, İmarət qəbiristanlığında Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, eyni zamanda, İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. İşğal dövründə İbrahimxəlil xanın türbəsi, Natəvanın qəbirüstü abidəsi də düşmən tərəfindən dağıdılıb.

Daha sonra Ağdam Cümə Məscidini ziyarət edən fransalı deputatlara bildirilib ki, ermənilər Ağdam şəhərinin işğalı zamanı məsciddən heyvan saxlamaq üçün tövlə kimi istifadə ediblər.

Daha sonra Emin Həsənov qonaqlara yenidən qurulacaq Ağdam şəhərinin baş planı haqqında məlumat verib.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” - Bir statusun rezonansı...

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

Ağdam Mexaniki Suvarma idarəsinin rəisi, Çovdarovun kirvəsi Hafiz Əzimzadı necə milyoner olub?

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lerikdə yoxlamalara başladı: Rövşən Bağırov həbs oluna bilər

İrandan gələn yarım milyard dollarlıq heroinlə bağlı şok açıqlama

İranın yeni kəşfiyyat rəisi Esmail Xatib: Kimdir və ondan nə gözləmək olar...

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Rəşid Mahmudovun qardaşı oğlu intihar edib? - Açıqlama, Foto

Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"

Ən çox oxunanalar