Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Bu, əsl top-tüfəngli müharibəyə səbəb ola bilər” – Bayden Rusiya və Çini hədələdi

ABŞ prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatların üzərinə hər hansı böyük kiberhücum əsl toplu-tüfəngli müharibəyə çevrilə bilər. 

O, iyulun 27-də bu bəyanatı verərərək Rusiya və Çini Birləşmiş Ştatların milli təhlükəsizliyinə hədə adlandırıb: "Məncə bu tamamilə mümkündür ki, hər şey müharibə ilə nəticələnsin – böyük bir dünya gücü ilə real atışmalı müharibə ilə. Bu kibertəhlükəsizliyin böyük nəticələri olan pozulmasının yekunu olardı. Deməliyəm ki, bu təhlükə həndəsi silsilə ilə artır”.

Bayden ABŞ hökumət agentliklərinin və özəl sənayeninin üzərinə kiberhücumların artdığını bir daha vurğulayıb. ABŞ rəsmiləri bu hücumları əsasən Rusiya və Çinə bağlayırlar.

Prezidentliyinin ilk altı ayında ABŞ üzərinə reket müdaxilələri də daxil silsilə hücumlar - kibertəhlükəsizliyi Bayden administrasiyasının gündəliyində priroritetə çevirib.

Bayden bundan əvvəl bildirmişdi ki, ötən iyun ayında Rusiya prezidenti Vladimir Putinlə Cenevrədə keçirilən görüşündə kiberhücumlardan kənarda qalmalı olan 16 həyati əhəmiyyətli infrastrukturları müzakirə edib. Burada söhbət əsas etibarilə enerji və içməli su sektorlarından gedirdi.

Bayden prezidentliyə başlayarkən dərhal SolarWinds şəbəkəsinə kiberhücumun nəticələri ilə məşğul olmalı olub. ABŞ nazirliklərinin və bizneslərinin işini pzoan bu hücumun arxasında Rusiya hökumətinə bağlı hakerlərin olduğu düşünülür.

ABŞ kəşfiyyatı ölkənin əsas yanacaq kəməri olan Colonial Pipeline və ət emalı nəhəngi JBS şirkətlərinin üzərinə haker hücumlarında da Rusiya hakerlərindən şübhələnir. Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri bu ayın əvvəllərində Çini Microsoft şirkətinin proqramına hücum da daxil geniş haker kampaniyası aparmaqda ittiham etmişdilər. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Seyid Həsən Amulidən növbəti cəfəng açıqlama - Video

Təbriz imam-cüməsi də Amiliyə qoşuldu: "Azərbaycan rəsmilərinə xatırladıram ki..."

Şamaxının icra başçısının dəbdəbəli villasının görüntüləri yayıldı - Foto

Bakıda məktəb direktorundan biyabırçı çıxış - Video

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun yarısını aldı - 400 min manat...

Rusiya sülhməramlılarından böyük və ciddi addım: Xəritəni tamamilə dəyişdilər - Fotolar

Müğənni Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum oldu

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

Vladimir Putin Rusiya Dövlət Dumasının rəhbərliyinə kimi layiq bildiyini açıqladı

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Rusiya sülhməramlılarından böyük və ciddi addım - Xəritə dəyişdirildi - Foto

Əhməd Əhmədov 9 milyon rüşvəti belə alıb - Detallar

Ən çox oxunanalar