Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tərtərdə 5 yaşayış məntəqəsinin yolları əsaslı şəkildə yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ölkə prezidentinin sərəncamına əsasən kompleks tədbirləri başa çatdırmaq üzrədir. 5 yaşayış məntəqəsini əhatə edən yolların yenidən qurulması sonuncu mərhələdədir.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin rahat gediş-gəlişini təmin edəcək. Çünki bundan öncə yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən sözügedən yaşayış məntəqələrində yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara çıxışında xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq bu problem köklü şəkildə aradan qaldırılır.

Texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə, 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib.

Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan və icrası təmin edilən işlərdəndir.

Sadalanan işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara iri və xırda dənəli olamaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb.

Yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik əraziyə lazımi sayda qüvvə səfərbər edib.

Təbii ki, bir-neçə yaşayış məntəqəsinə gedən yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Seyid Həsən Amulidən növbəti cəfəng açıqlama - Video

Təbriz imam-cüməsi də Amiliyə qoşuldu: "Azərbaycan rəsmilərinə xatırladıram ki..."

Şamaxının icra başçısının dəbdəbəli villasının görüntüləri yayıldı - Foto

Bakıda məktəb direktorundan biyabırçı çıxış - Video

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun yarısını aldı - 400 min manat...

Rusiya sülhməramlılarından böyük və ciddi addım: Xəritəni tamamilə dəyişdilər - Fotolar

Müğənni Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum oldu

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

Vladimir Putin Rusiya Dövlət Dumasının rəhbərliyinə kimi layiq bildiyini açıqladı

Rusiya sülhməramlılarından böyük və ciddi addım - Xəritə dəyişdirildi - Foto

Əhməd Əhmədov 9 milyon rüşvəti belə alıb - Detallar

Ən çox oxunanalar