Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb - Yenilənib

"Neftçi" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununda Yunanıstan "Olimpiakos"u ilə qarşılaşıb.

"Bakcell Arena"da keçirilən flaqmanın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Hər iki komanda matça ciddi itkilərlə çıxıblar. Qonaqların heyətində 8 futbolçu oyunu buraxıb. "Ağ-qaralar"da isə Namik Ələskərov zədə, Mert Çelik cəza səbəbindən oynamayıb. Ələskərovun yoxluğunda baş məşqçi Samir Abasov hücumda yarımmüdafiəçi Sezar Meza Kolliyə şans verib.

"Neftçi" azarkeşlərin möhtəşəm dəstəyi ilə oyuna sürətli başlayıb. İlk dəqiqələrdən meydanın rəqibə aid hissəsində pressinq edən paytaxt təmsilçisi 3-cü dəqiqədə qola yaxın olsa da, Meza Kollinin uzaq məsafədən zərbəsini qapıçı Konstantinos Tsolakis çətinliklə dəf edib. 15-ci dəqiqədə isə Mamadu Mbocun kobud səhvindən sonra qonaqlar hesabı açıblar. Pirey təmsilçisinin heyətində Giorqos Masuras fərqlənib. Müdafiədəki çaşqınlıq buraxılan qoldan sonra da davam edib. Epizodların birində Ömər Buludov topu başla qapıçısı Aqil Məmmədova ötürmək istəyərkən az qala avqotol müəllifi olacaqdı. 30-cu dəqiqədə “Neftçi”nin heyətində məcburi əvəzetmə gerçəkləşib. Zədələnən Buludovun yerinə meydana Mirabdulla Abbasov daxil olub. Bundan sonra Harramiz Soareş müdafiənin sağ cinahına keçib. Abbasov meydana çıxdıqdan cəmi 6 dəqiqə sonra qol vurmaq üçün yaxşı fürsət yaxalasa da, müdafiəçilər hesabın bərabərləşməsinə imkan verməyiblər. Ardınca Sabir Buqrinin yerlə qüvvətli zərbəsində dəqiqlik çatmayıb. 44-cü dəqiqədə yerli azarkeşlər Vətən müharibəsi ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər. İlk hissə qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

İkinci yarıya hər iki komanda ehtiyatlı başlayıb. 55-ci dəqiqədə Meza Kollinin uzaq məsafədən vurduğu top qapıdan xeyli aralı keçib. Az sonra Aqil Məmmədov ardıcıl 2 künc zərbəsi zamanı komandasını real qoldan xilas edib. “Neftçi” 70-ci dəqiqədən sonra təzyiqi artırsa da, bu, hesabda öz əksini tapmayıb. Matçın sonlarına doğru sağ cinahdan ötürülən topa Laval istədiyi kimi toxuna bilməyib. Görüşün sonunca dəqiqəsində Fəhmin Muradbəylinin vurduğu top az fərqlə qapı dirəyinin yanından keçib.

Beləliklə, ilk oyundakı kimi, cavab görüşündə də rəqibinə 0:1 hesabı ilə uduzan “Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırıb. “Ağ-qaralar” yoluna Avropa Liqasında davam edəcək. Paytaxt təmsilçisi III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) klubu ilə qarşılaşacaq. Flaqman ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar