Şənbə, 25 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Xaosu böyütmək planı? - ABŞ Əfqanıstandan sonra İraqdan da çəkilir...

ABŞ İraqdan çıxandan sonra yaranan boşluğu kim, ya da kimlər dolduracaq? Suriyada və İraqda yeni cihadçılar ordusu ortaya çıxmayacaq ki?..

Siyasi şərhçi: “ABŞ-ın Əfqanıstanın ardınca İraqdan çıxması ilk növbədə ABŞ Yaxın Şərqdə fəal rol oynamaqdan imtina etməsi ilə bağlıdır”.

“Düşünürəm ki, demokratların yürütdüyü siyasətdə bir qədər qeyri-dəqiqlik var. Belə ki, bütün terrorçu təşkilatlar demokratların hakimiyyəti dövründə formalaşır və ortaya çıxır”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Əfqanıstanın arxasınca ABŞ-ın İraqdan çıxmasından sonra baş verə biləcək prosesləri PİA.az-a şərh edərkən qeyd edib.

Əfqanıstanın arxasınca ABŞ bu ilin axırına qədər İraqdan çıxacaq. Bu barədə ABŞ prezidenti Co Bayden və İraqın baş naziri Mustafa əl-Qədim razılaşma imzalayıb. İraqda az miqdarda Amerika əsgəri qalsa da, onlar döyüş əməliyyatlarında iştirak etməyəcək, yalnız məsləhətçi rolunda çıxış edəcəklər.

ABŞ-ın sürətlə bir zamanlar özünün yaratdığı münaqişə bölgələrindən çəkilməsini hansı strateji hədəflə əlaqəli ola bilər və ABŞ-ın İraqdan çıxması regiona hansı təsirlər edə bilər? Xüsusən bu boşluqdan istifadə edərək Suriyada və İraqın özündə yeni cihadçılar ordusunun formalaşmasına ehtimal vermək olar? İran və Türkiyə öz sərhədlərində hansı risklər yarana bilər?

Mövzunu PİA.az-ın əməkdaşı hal-hazırda ABŞ-da yaşayan siyasi ekspert Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “ABŞ bütün münaqişə bölgələrini tərk edərkən, həmin bölgələri bir növ öz müttəfiqlərinin himayəsinə buraxır”.

Xaricdəki müharibələrin ABŞ büdcəsinə həddindən artıq baha başa gəldiyini nəzərə alaraq, Vaşinqtonun öz xarici siyasət strategiyasına müəyyən korrektə etdiyini vurğulayan siyasi ekspert PİA.az-a bildirib ki, Bayden adminstrasiyasının Əfqanıstandan sonra İraqdan çıxmaqla bağlı verdiyi qərar da bununla bağlıdır:

ABŞ-ın Əfqanıstanın ardınca İraqdan çıxması ilk növbədə ABŞ Yaxın Şərqdə fəal rol oynamaqdan imtina etməsi ilə bağlıdır. Xaricdəki müharibələr ABŞ büdcəsinə həddindən artıq baha başa gəldiyini nəzərə alaraq, Vaşinqton öz xarici siyasət strategiyasına müəyyən korrektələr edir. Həmin korrektələr bunlardan ibarətdir:

1. ABŞ bütün münaqişə bölgələrini tərk edərkən oranı bir növ öz müttəfiqlərinin himayəsinə ötürür. Məsələn biz bilirik ki, Əfqanıstanda ABŞ Türkiyənin olmasını istəyir. Çünki müsəlman türklər Talibanla daha asan dil tapa bilər. Yəqin ki, İraqda başqa sistem işləyəcək. Məsələn İraqdakı bu günkü hökumət ABŞ ordusunun orada mövcud olduğu dövrdə formalaşıb. Deməzdim ki, o hökumət tam olaraq ABŞ-a loyaldır. Çünki həmin hökumət İrana da yaxındır. Amma hər bir halda ABŞ bölgədən çıxırsa, şübhəsiz ki, orada hansısa başqa prioritetlərə üstünlük veriləcək. Düşünürəm ki, ABŞ-ın İraqdan çıxması bölgədə yeni konfiqurasiya yaratmaq istəyi ilə bağlıdır.

2. Düşürəm ki, artıq İŞİD təhlükəsi yoxdur. Çünki istər Suriyada, istərsə də İraqda o qədər müxtəlif hərbi güclər, hərbi tərəflər mövcuddur ki, onlar İŞİD-ın yenidən mövcud olmasına imkan verməzlər. Hal-hazırda İŞİD heç kəsin maraqlarına cavab vermir. İŞİD-in Əfqanıstanda da böyüməsinə imkan yoxdur. Buna görə ki, orada Taliban var. Taliban isə İŞİD kimi cihadçı təşkilatlardan fərqli qurumdur.

Burda maraq doğuran məsələ isə ABŞ-ın İraqı tərk edərkən İrana qarşı hansı qüvvəni qoymasıdır. Ola bilsin ki, Böyük Britaniyanın İraqda rolu artsın. Çünki tarixən ingilislər İranla konstruktiv dil tapa biliblər. Amma ABŞ çəkiləndən sonra İranın İraqda daha da güclənəcəyi şübhə doğurmur. İraqda və Suriyada çoxlu regional güclərin toqquşması da baş verəcək. Bundan xaos doğacaqmı, görəcəyik”.

Ərəstun Oruclu: “Düşünmürəm ki, İŞİD-ın yaranması birbaşa Demokrat adminstrasiyasının fəaliyyəti, yaxud da onun zəifliyi ilə bağlıdır. İŞİD təbii proses idi”.

ABŞ-ın İraqı tərk etmə ərəfəsində diqqət çəkən məsələlərdən biri də odur ki, prezident Co Bayden Vaşinqtonun dirçəlməkdə olan İŞİD-ə qarşı mübarizə aparacağını qeyd etməsi olub. Xatırladaq ki, İŞİD və bu tipli cihadçı təşkilatlar bir qayda olaraq Demokratların zamanında peyda olur və yayılaraq inkişaf edir. Buna misal olaraq İŞİD-i, “Əl-Qaidə”ni, “Taliban”ı, Husi hərəkatını, və s. göstərmək olar. Bundan əvvəl Obama administrasiyasında Dövlət Katibi vəzifəsini tutan Con Kerri də İŞİD-lə 2030-dək mübəbarizə apacaqlarını demişdi. ABŞ-ın İraq və Əfqanıstandan çəkiməsi yenidən radikal islam cihadçılarına meydan və yön vermək anlamına gəlmirmi? Ən əsası isə bir qayda olaraq Demokratların hakimiyyət dönəmlərində xaosun böyüməsini nəylə izah etmək olar? Daha yumşaq və liberal siyasət tərəfdarı olan Demokratlar hansı səbəbdən davamlı olaraq xaosun olması üçün siyasət yürüdürlər?

Bu suallarımızı cavablandıran Ərəstun Oruclu bildirib ki, Demokratların xarici siyasət doktrinası hər zaman respublikaçılardan daha yumuşaq olub. Həmin yumşaqlıq da müəyyən fəsadlar yaradır. Bu fəsadlara misal olaraq İŞİD-i, “Əl-Qaidə”ni, “Taliban”ı göstərmək olar:

“Düşünürəm ki, demokratların yürütdüyü siyasətdə bir qədər qeyri-dəqiqlik var. Belə ki, bütün terrorçu təşkilatlar demokratların hakimiyyəti dövründə formalaşır və ortaya çıxır. Ola bilsin ki, bu proseslərin məhz Demokratların zamanlnda baş verməsində müəyyən qanunauyğunluqlar var. Amma mən düşünürəm ki, bu ilk növbədə demokratların xarici siyasət doktrinası ilə bağlıdır. Demokratların xarici siyasət doktrinası hər zaman respublikaçılardan daha yumuşaq olub. Məlum məsələdir ki, həmin yumşaqlıq da müəyyən fəsadlar yaradır. Bu fəsadlara misal olaraq İŞİD-i, “Əl-Qaidə”ni, “Taliban”ı göstərmək olar.

Düşünmürəm ki, İŞİD-ın yaranması birbaşa Demokrat adminstrasiyasının fəaliyyəti, yaxud da onun zəifliyi ilə bağlıdır. İŞİD təbii proses idi. Bütün bu bölgədə baş verən hadisələrdə həmin radikal təşkilatların da yeri, rolu olmalı idi. Buna görə də İproseslərə İŞİD-də daxil oldu. Lakin bir qədər gözlənilməz olan İŞİD-in bu qədər qlobal şəbəkə olaraq ortaya çıxması oldu.

Ərəstun Oruclu: “ABŞ-da yeni düşmən obrazının müsəlmanlara aid edilməsi İŞİD, “Əl-Qaidə”, “Taliban” kimi radikal və döyüşkən qruplaşmaların meydana çıxmasına səbəb oldu”.

Təbii ki, bu şəbəkənin ortaya çıxmasında əsas rolu ABŞ-ın Yaxın Şərqdə və Mərkəzi Asiyada düzgün siyasət yürütməməsi oynadı. Ümumiyyətlə ABŞ-da yeni düşmən obrazının müsəlmanlara aid edilməsi İŞİD, “Əl-Qaidə”, “Taliban” kimi radikal və döyüşkən qruplaşmaların meydana çıxmasına səbəb oldu. Yəni təsir əks təsirə bərabər oldu. Demək istəyirəm ki, isam terroru və cihad ABŞ-ın müsəlmanlara yanlış yanaşmasından yarandı. Sadəcə olaraq dediyim kimi radikallar demokratların nisbətən yumuşaq xarici siyasət xəttindən istifadə edərək ortaua çıxmaq fürsəti əldə edirlər və möhkəmlənib ayağa qalxırlar.

Təbbi ki, xarici dəstək olmadan bu təşkilatlar bunu edə bilməzdilər. Ona görə də ABŞ-ın hegemoniyasına qarşı olan regional güclərin də bu məsələdə öz rolu var.

Mən hesab edirəm ki, günün reallığı artıq radikal islamın geniş şəbəkələnməsi üçün münbit deyil. Baxmayaq ki, təhlükə haqqında, İŞİD-ın mümkün dirçəlməsi haqqında danışırlar hələ də var, lakin bundan sonra İŞİD hansısa kiçik qruplar, beynəlxalq şəbəkəyə malik olmayan fanatik terrorçular kimi peyda ola bilər. Bəlkədə İŞİD özünü reanimasiya edə bilər, amma onun artıq əvvəlki kimi düzənli, miqyaslı hərbi güc kimi meydana çıxması qeyri-mümkündür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

ABŞ-da ard-arda anti-Azərbaycan qəralar qəbul edilir... - Bizim Minsk qrupunu tərk etməyimizin vaxtı çatmayıbmı?

Operativ Qərargahın Məlumatı: Karantin qaydaları sadələşdirildi

Eldar Həsənov prokurorun suallarını cavablandırıb

Köçkünlərin Zəngilana qayıdacaqları vaxt məlum oldu

Azərbaycanda yoluxma sayı niyə azalır? - “Vaksinasiya ilə əlaqəsi yoxdur"

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

İlham Əliyev üçtərəfli bəyanat imzalanmazdan əvvəl Putinlə danışıqlarının detallarını açıqlayıb

Daşkəsəndə itkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıb

Emin Ağalarov bu restorana 1 milyon dollar xərclədi

"Sədərək Yusif" təbiəti belə məhv edir - Foto

Ən çox oxunanalar