Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda 5 gün əvvəl itkin düşmüş taksi sürücüsünün meyiti tapılıb

Lənkəranda itkin düşmüş taksi sürücüsünün meyiti tapılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun meyiti rayonun Sütəmurdov kəndində yerləşən həyətyanı sahələrdən birində tapılıb. Mərhumun meyiti basdırıldığı yerdən çıxarılaraq müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertizası Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov 5 gün əvvəl şəxsi avtomobili ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları bununla bağlı Lənkəran Rayon Polis Şöbəsinə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində bir nəfərin saxlanıldığı bildirilir.

Digər bir məlumata görə, mərhumun "VAZ 2115" markalı avtomobili isə paytaxt ərazisində tapılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar