Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib - Foto

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətində (DYNX) əməliyyat müşavirəsi keçirilib.

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xidmət rəisi daxili xidmət general-mayoru Hikmət Abbasovun rəhbərliyi ilə keçirilən əməliyyat müşavirəsində DYNX aparatının şöbə rəisləri və ərazi Dövlət Yanğın Nəzarəti idarələrinin rəisləri iştirak edib.

Müşavirədə son günlər ərzində qardaş Türkiyə Respublikasının bəzi bölgələrində tüğyan edən və hazırda davam edən, meşələrdən başlayaraq yaşayış məntəqələrinin ərazilərini bürüyən yanğınlarla bağlı mövcud vəziyyət diqqətə çatdırılıb və onun acı nəticələri təəssüflə qeyd edilib. Xidmət rəisi ölkəmizdə analoji hadisələrin qarşısının alınması məqsədilə təsdiq edilmiş mövcud tədbirlər planı haqqında danışaraq, aidiyyəti dövlət orqanları ilə birgə yüksək risk qrupuna aid edilən, o cümlədən yanğın potensiallı obyekt və ərazilərdə yanğın təhlükəsizliyinə nəzarətin gücləndirilməsinin, informasiya mübadiləsinin aparılmasının və mümkün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib, müvafiq tapşırıqlar verib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Seyid Həsən Amulidən növbəti cəfəng açıqlama - Video

Təbriz imam-cüməsi də Amiliyə qoşuldu: "Azərbaycan rəsmilərinə xatırladıram ki..."

Şamaxının icra başçısının dəbdəbəli villasının görüntüləri yayıldı - Foto

Bakıda məktəb direktorundan biyabırçı çıxış - Video

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun yarısını aldı - 400 min manat...

Rusiya sülhməramlılarından böyük və ciddi addım: Xəritəni tamamilə dəyişdilər - Fotolar

FHN-in sabiq şöbə müdiri məhkəmə zalında həbs edilib

Müğənni Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum oldu

Bakıda şagirdlərin gözləri qarşısında polislə vətəndaş arasında insident - Video 

Rayonlara gedənlərin nəzərinə: Yeni qadağa- 1 noyabr tarixindən etibarən ...

Rusiya sülhməramlılarından böyük və ciddi addım - Xəritə dəyişdirildi - Foto

Ən çox oxunanalar