Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenko müxalifət lideri Tixanovskayanı söydü

Belarus prezidenti Aleksandr Lukaşenko müxalifət lideri və prezidentliyə keçmiş namizəd, hazırda mühacirətdə olan Svetlana Tixanovskayanı söyüb, onu “əclaf qadın” adlandırıb. Virtualaz.org xəbər verir ki, Lukaşenko ötən gün ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məmurlarla keçirdiyi toplantıda Tixanovskayanın uşaqları ilə təhdid edildiyi üçün Belarusu tərk etməyə məcbur olduğu haqda iddiaların yalan olduğunu deyib.

Lukaşenkonun bu mövzu haqda danışması Tixanovskayanın Ağ evdə ABŞ prezidenti Cozef Baydenlə görüşündən sonraya təsadüf edib. Müxalifət lideri bir neçə gündür ABŞ-da səfərdədir və daha əvvəl dövlət katibi Entoni Blinken də daxil olmaqla administrasiyanın bir çox üzvləri ilə görüşüb.

“Bunu mən bu gün məruzədə oxumuşam ki, guya onu Belarusu tərk etməyə məcbur ediblər, hədələyiblər ki, uşaqlarını oğurlayarıq və daha nələr. Qulaq asın, uşaqlar mənim üçün həmişə qırmızı xətdir və siz bunu bilirsiniz. Uşaqlar valideyinlərinə görə bax belə məsuliyyəti bölüşməli deyil ki, mən Litvaya gedirəm, uşaqları da götürürəm. Əgər siz onları ora aparmısınızsa, onda müdafiə edin”,-Belarus prezidenti bildirib.

Lukaşenko onu da deyib ki, müxalifətçi qadın şəxsən Belarus prezidenti yanında operativ-analitik mərkəzin rəisi Andrey Pavlyuçenkoya müraciət edərək ölkədən çıxışa icazə istəyib və maliyyə yardımı xahiş edib. Lukaşenkonun sözlərinə görə, Tixanovskayaya 15 min dollar veriblər və Litvaya getməyinə imkan yaradıblar. “Və indi o deyir ki, təhdid olunub, uşaqlarını əlindən almaq istəyiblər və daha nələr. Əclaf qadın!”,-Lukaşenko deyib.

Bundan əvvəl Tixanovskaya demişdi ki, 2020-ci ilin avqustunda prezident seçkilərindən sonra Belarusdan getməsinə təəssüflənir. O, bunun yanlış qərar olduğunu deyib. Bununla belə, Tixanovskaya bildirib ki, həmin vaxt belaruslular özləri kütləvi aksiyalara hazır deyildilər və heç bir koordinasiya strukturları yox idi.(Virtualaz.org)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar