Cümə, 24 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Flora Kərimovadan “siyasi ikona” düzəldənlər onu söyməyə başladılar”

“Flora xanımdan illərdir “siyasi ikona” düzəldənlər indi onu söyməyə başladılar. Flora xanımın sənətindən illərdir, ləzzət alanlar bu gün də onun sənətinə qiymət verirlər”.

PİA.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, bəziləri 80 yaşlı xanımdan zorla inqilabçı düzəltməyə çalışırlar:

“İyrənc olduğu qədər də gülməli mənzərədir. Sanki inqilab olurmuş da, Flora xanım qoymurmuş, ya da, sanki son ümidləri Flora xanım imiş, o da bunların son ümidlərini öldürübmüş. Məsələlərə prinsipial baxsalar, dərd-yarı olardı, deyərdilər ki, SSRİ-dən qalmış mənasız fəxri adlar ləğv edilsin, dövlət mədəniyyəti rahat buraxsın, incəsənətdə azadlıqlar artsın - bu olardı ideoloji yanaşma, prinsiplərin elanı, amma bugünkü görüntü əttökəndi, nə gözləyirdiz ki, Flora xanımdan?! Çıxıb, "rədd olsun mənfur rejim", deməli idi?! Və ya hamını mitinqlərə, etirazlara çağırmalı idi?! Adam 25 il efirlərdən məhrum olanda, televiziyalara buraxılmayanda, maddi təminatdan kənarda qalanda bu gün onu söyənlərin hansı biri ona sahib çıxıb, maddi dəstək göstərib?! Siyasəti şou-biznesə çevirənlər hələ də sənət əhlindən inqilab gözləyirlər. Yazıqlar olsun... İllərdir,  bu rejimə xidmət edən bəzilərini başda otuzdururlar, onların başına and içirlər, əsl müxalifətçi sayırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” - Bir statusun rezonansı...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lerikdə yoxlamalara başladı: Rövşən Bağırov həbs oluna bilər

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Sensasiya: Vladimir Jirinovski ermənilərə dəstəyi dayandırmaq çağırışı etdi

1 əsrdir yaşayış olmayan evə girdi - inanılmaz mənzərə ilə üzləşdi - Foto

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

İlham Əliyevə müraciət: “Qubadlıda yanğınlar olur, yararlı evlər dağıdılır”

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Ən çox oxunanalar