Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evdən 80 min dollarlıq qızıl külçələr oğurladı, məhkəmədə həbs olundu


80 min dollar dəyərində qızıl külçələr oğurlamaqda ittiham olunan Bakı şəhər sakini Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmişin nümayəndəsi, vəkil Bəylər Məmişov təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırıb.

Vəkil bildirib ki, C.Məmmədov zərərçəkmiş N.Cabbarlını təqib edir, ona təzyiq göstərir, ifadəsini dəyişməyi tələb edir: “Təqsirləndirilən şəxs zərərçəkmişi təqib etməklə məşğuldur. Ondan ifadəsini dəyişməsini, ifadəsində guya aralarında yaxın münasibət olduğundan oğurlanan əşyaları ona saxlamaq üçün verdiyini  göstərməsini tələb edir. Zərərçəkmiş hazırda ölkə xaricindədir. Bu adam onu izləyir, normal yaşamasına mane olur”.

Vəkil zərərçəkmiş şəxsə qarşı real təhlükə yaratmaması üçün C.Məmmədovun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, məhkəmə zalında həbs olunmasını istəyib.

Məhkəmə vəkilin vəsatətini təmin edib. C.Məmmədov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında qandallanıb.  

Məhkəmə baxışı 4 avqust saat 14:00-a təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Səbail rayonu ərazisində baş verib. Mənzil sahibi N.Cabbarlı polisə məlumat verərək naməlum şəxs tərəfindən dəyəri 80 min dollar olan qızıl külçələrinin oğurlandığını bildirib. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən C.Məmmədov saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin  külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar