Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranın daxilindəki sakitlik uzun sürməyəcək” - “Rəqabət qarşıdurma halına gəlib...”

“Yeni prezident İbrahim Rəisi dönəmində əsas hədəf İranın hazırda qarşı-qarşıya olduğu problemləri çözmək deyil, hakimiyyətin mövcudluğuna təhlükə yarada biləcək daha ciddi problemlərin önünə keçməkdir”.

Bnunu “Amerikanın səsi” radiosuna müsahibəsində tanınmış iranlı jurnalist Taha Kirmani deyib. Jurnalist İbrahim Rəisinin prezidentliyə gəlməsi ilə nəticələnən seçkilər və onun Nazirlər Kabinetinin tərkibinə diqqət çəkərək deyib: “Artıq icraedici hakimiyyət üzərində Əli Xameneinin kölgəsini deyil, əlini görürük. İranın seçki sisteminə baxdığımızda, biz ən azından zahirdə də olsa bir rəqabət görürdük. Son seçkilərdə bu rəqabət sonlandırılmış görünür, amma hamı bilir ki, bu, indi yerin altına girib və daha çox bir qarşıdurma halına gəlib. Yəni, artıq güclərin paylaşılması mövzusunda ittifaq deyil, bir basdırılma var”.

O, islahatçıların kənarlaşdırılması ilə birlikdə daxili siyasətdə bir rahatlanma göründüyünü, lakin bu vəziyyətin uzun sürməyəcəyini önə çəkib: “Adını islahatçılar və mühafizəkarlar qoysaq, artıq İbrahim Rəisi dönəmində siyasi gücün kontrollu bir şəkildə bölüşməsini deyil, kontroldan çıxa biləcək bir qarşıdurmaya çevrildiyini görürük. Hazırda gücün tək əldə toplaşması ilə birlikdə bir rahatlanma görünə bilər, amma bu quruluş uzun sürə bilməyəcək. Bu rəqabət qısa müddətdə bir qarşıdurma və üzləşməyə doğru gedəcək.”


Taha Kirmani hesab edir ki, islahatçı və mühafizəkar qanada mənsub qüvvələrin kənarlaşdırılması həmçinin bürokratiya və idarəetmə sahəsində ciddi problemlərə yol aça bilər. Onun sözlərinə görə, islahatçı və mötədil qüvvələr hər zaman İranda işin bürokratik ayağını götürən qol olub: “Yəni işi yürüdən və işi bilən tərəf bu qanad idi. İndi sanki işi bilənlər bir kənara atılıb. Bu düzənin çox sürə bilməsinə dair ciddi şübhələr var. Misal üçün, xüsusilə İranın Xarici İşlər Nazirliyi və Neft Nazirliyində işlərin uzun müddət yürüyə bilməsi ilə bağlı qayğılar var”.

Jurnalist, İbrahim Rəisinin birinci prioritetinin koronavirus olduğunu xatırlatdı: “Biz bilirik ki, bu məsələnin çözümünün bir ayağı iqtisadiyyatdır. Lakin İran bu sahədə ciddi mənada xərçəngləşmiş problemlər ilə qarşı-qarşıyadır. İbrahim Rəisi bu problemləri çözə biləcək son adamdır”.

Taha Kirmaninin fikrincə, bu dönəmdə hakimiyyətin də əsas hədəfi mövcud problemləri çözmək deyil, bəlkə daha ciddi problemlərin önünə keçməkdir. “İranda hazırda hakimiyyətin ən önəmli məsələsi mövcud durumu qorumaqdır. İnsanlar düşünə bilər ki, mövcud durum zatən pisdir, bunu qorumaq nə üçündür? Amma ölkədə özəlliklə sakitlik ilə əlaqədar ciddi qayğıların olduğu anlaşılır. Hakimiyyətdə bu qayğını görürük ki, millət müəyyən motivasiyalar ilə küçəyə çıxıb və təhlükəsizliyin pozulması və hakimiyyətin sarsılmasına yol aça bilər. Bu qayğının mövcud olduğunu Nazirlər Kabinetindəki adlara baxanda görə bilirik. Dolayısı ilə, İran hakimiyyətinin prioriteti mövcud durumu qorumaq və stabil vəziyyətə keçməkdir. Yəni mövcud problemləri çözməkdənsə, daha böyük və yıxıcı problemlərin ortaya çıxmasını önləməyə çalışacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar