Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran səfiri Hikmət Hacıyevdən nə istəyib? - "Tehran Qarabağa yük daşımayacağını vəd edib, ancaq..."

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 3 gün ərzində İranın ölkəmizdəki Seyid Abbas Musəvi səfiri ilə ikinci dəfə görüşüb. Səfir görüşlə bağlı "Tvitter" səhifəsində paylaşım edib.

"Bu həftə ərzində ikinci dəfə Hikmət Hacıyevlə görüşmək imkanım oldu. Səmimi müzakirələr zamanı yaxşı münasibətlərimizin cari vəziyyətini və gələcəyini, həmçinin maraq kəsb edən digər məsələləri müzakirə etdik”,- deyə - səfir vurğulanıb.

Görüşləri şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, böyük ehtimalla birinci görüşün təşəbbüskarı səfir olub. 

"Yəqin səfir Azərbaycan XİN-in növbəti notasını almaqdansa Hikmət Hacıyevin iradlarını dinləməyə üstünlük verib",-deyə ekspert qeyd edib.

E. Şahinoğlu vurğulayır ki, görəsən, səfir “İran maşınları niyə Ermənistan üzərindən Azərbaycan ərazisinə qanunsuz yüklər daşıyırlar”, sualına necə cavab verib? 

Onun sözlərinə görə, əslində səfir ona verilən birinci notadan sonra rəsmi Bakının narahatlığını Tehrana çatdırıb: "Tehran notanı qulaqardına vuraraq Qarabağa yanacaq daşımağı davam etdirməklə Azərbaycandakı səfirini pis vəziyyətdə qoyub. Görəsən, səfir bu dəfə Tehrandan hansı təlimatı və ya cavabı alıb ki, yenidən Hikmət Hacıyevlə görüşmək istəyib? Müsbət xəbər o olardı ki, Tehran Ermənistan üzərindən Qarabağa yük daşımayacağını vəd edib və səfir bu xəbəri Hikmət Hacıyevə çatdırıb. Tehran bunun qarşılığında İran yüklərinin Gorus-Qafan yolundan rahat keçməsini Bakıdan xahiş edə bilərdi".

E. Şahinoğlu əlavə edib ki, hər hansı vəddən sonra da İrandakı mərkəzlərin Qarabağ separatçılarına yanacaq daşımaqdan imtina edəcəklərinə təminat yoxdur. 

"Əks halda, Tehran səfirə Bakıda verilən birinci notadan sonra bu əməlindən çəkinməliydi. O ki qaldı, İran yük maşınlarından alınan gömrük rüsumuna burda da qeyri-adı heç nə yoxdur. Azərbaycan gömrükçüləri Azərbaycan ərazisində xarici yük maşınlarından rüsum alırlar. Əlbəttə, bu Ermənistana keçən İranın yük maşınları üçün qeyri-adi haldır, illər boyu istədiklərini Ermənistana və Qarabağa daşıyıblar", - politoloq əlavə edib.

E. Şahinoğlu hesab edir ki, İran rəsmiləri və şirkətləri müharibədən sonra durumun dəyişdiyini anlamalı idilər: "İrəvanın bu vəziyyətdən yeganə çıxış yolu ya Ermənistanı İranla birləşdirən altertaniv yol tikməkdir, ancaq ona xeyli maliyyə və zaman lazımdır, ya da Azərbaycan ərazisinə iddialardan əl çəkib sülh sazşini imzalamağa hazır olduğunu bəyan etməkdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar