Çərşənbə axşamı, 19 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənistan və Azərbaycan yeni sülh müqaviləsi imzalamağa hazırlaşır?

Ermənistan mətbuatında Moskvada AzərbaycanErmənistan arasında sülh müqaviləsinin imzalanmasıyla bağlı danışıqlar getdiyi barədə məlumatlar dərc olunub.

PİA.az xəbər verir ki, bir sıra erməni KİV-ləri həmin danışıqlarda Ermənistanı ölkənin müdafiə naziri Arşak Karapetyanın təmsil etdiyini bildirir.

Məlumatda erməni tərəfinin Azərbaycanla sülh müqaviləsi imzalaya biləcəyi qeyd olunur. “Qraparak” qəzetinin yazdığına görə, tərəflər arasında bununla bağlı müzakirələr aparılıb. İddiaya görə, rəsmən “Qərb-2021” hərbi təlimləri səbəbilə Moskvada olan Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan tərəfinin nümayəndələrilə sülh müqaviləsinin detallarını müzakirə edib.

Azərbaycanı bu müzakirələrdə kimin təmsil etdiyi qeyd olunmur. Məlumatda bildirilir ki, müzakirələr zamanı sərhədlərin delimitasiya və demarkasiya prosesinin keçmiş SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb. Eyni zamanda, Zəngəzur dəhlizinin müəyyən şərtlər qarşılığında açılmasının və Ermənistana yola görə tranzit haqqı ödənilməsinin mümkünlüyü bildirilir.

Həmçinin, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılması da müzakirə olunan detallar sırasındadır. Bununla yanaşı, iddia olunur ki, sülh müqaviləsi ilə bağlı bir sıra məsələlər, o cümlədən Qarabağ ermənilərnin “statusu”na dair suallar hələ ki açıq qalır. Böyük ehtimalla “status məsələsi”nin sülh müqaviləsində ümumiyyətlə yer almayacağı gözlənilir. Həmçinin, Gorus-Qafan yolunun vəziyyəti ilə bağlı hələ razılığa gəlinmədiyi qeyd olunur.

AzərbaycanRusiya tərəfinin hər hansı danışıqlarla bağlı rəsmi açıqlaması yoxdur. Lakin Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ötən gün keçirilən mətbuat konfransında erməni jurnalistin sualına cavab olaraq bildirmişdi ki, Rusiya tərəflərə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təkliflərini təqdim edib və onlardan cavab gözləyir. Bunun özü tərəflər arasında danışıqlar, müzakirələr getdiyinə işarə sayıla bilər. Həmçinin, erməni mətbuatında artıq bir neçə gündür ki, müdafiə naziri Arşak Karapetyanın Moskvada “vacib görüşlər keçirdiyi” barədə məluimatlar tirajlanır. Həmin məlumatlara görə, bu görüşlər o qədər əhəmiyyətlidir ki, Karapetryan Moskvada olarkən dünyasını dəyişmiş anasının dəfninə qatılmaq üçün belə Ermənistana qayıda bilməyib.

Hələ ki, sözügedən danışıqlar, müzakirələr barədə Azərbaycan tərəfinin hər hansı rəsmi açıqlaması yoxdur.

Bununla yanaşı, ölkə rəhbərliyi səviyyəsində Ermənistanın sülh müqaviləsini imzalamaqdan boyun qaçırdığı, lakin İrəvanın gec-tez belə bir sənədə imza atmağa məhkum olduğu barədə bəyanatlar verilib. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

 Ermənistanda gərginlik: Bu dağ Azərbaycanın nəzarətinə keçdi   

Bakıda "Prado" polisi vurub öldürdü - Hadisə anının videosu

Ohanesyan: “Xankəndi sürətlə boşalır, Bakı sakitcə girəcək”

Atası Kəramətlə görüşdü, fotosunu paylaşdı - Fotolar

Ərdoğanın qudası və “Bayraktar”ın yaradıcısı vəfat etdi

Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları açıqladı

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar - Yenilənib

İrəvan xanlığının varisindən şok çağırış: "Nə qədər ki, gec deyil..."

ABŞ-ın müdafiə naziri Qafqazda “3+3” platforması ideyasının üstündən xətt çəkdi

Ən çox oxunanalar