Cümə axşamı, 28 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının 21-ci sammiti başlayıb

Tacikistanın paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 21-ci sammiti 12 üzv ölkənin, eləcə də müşahidəçi ölkələrin nümayəndələrinin iştirakı ilə öz işinə başlayıb.

APA-nın xəbərinə görə, bu barədə İranın “Mehrnews” xəbər agentliyi məlumat yayıb.

Tədbirdə Qırğızıstan, Qazaxıstan, Belarus, Pakistan, Türkmənistan və Özbəkistanın prezidentləri, həmçinin müşahidəçi qismində İran Prezidenti iştirak edir. Rusiya, Çin, Hindistan və Monqolustan liderlərinin sammitdə iştirakı isə videokonfrans formatında baş tutub.

ŞƏT-in 21-ci sammitinin iştirakçıları təşkilatın son 20 il ərzindəki fəaliyyətinin əsas nəticələrini, çoxtərəfli əməkdaşlığın statusu və perspektivlərini müzakirə edəcəklər. Təşkilata üzv ölkələrin liderləri regional və beynəlxalq əməkdaşlıq, həmçinin pandemiya ilə mübarizədə birgə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar. Sammitdən sonra ŞƏT-ə üzv ölkələrin liderlərinin İranın təşkilata tam üzv qəbul edilməsi, Misir, QətərSəudiyyə Ərəbistanına dialoq tərəfdaşı statusu verilməsi barədə qərar qəbul etməsi gözlənilir.

Tədbirdə, həmçinin ŞƏT-in yeni Baş katibi və təşkilatın regional anti-terror komitəsinin direktoru da müəyyən ediləcək.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqları şərh etdi

Yaşar Nurinin qızı: "Satmağa bir şey yoxdur, nəyi satım?!"

"Qızımın saçını kəsdirib, nə günə qoyub..." - Mətanətin gəlini övladları ilə görüntülərini yaydı - Foto, Video

İran məngənədə sıxılır… - Əli Bağıri Kani Brüsselə yollandı

Azərbaycanda pandemiyadan qazananlar və kasıblaşanlar kimlərdir?

Sərdar Cəlaloğlu ona qarşı hazırlanan sui-qəsddən danışdı

İşdən çıxarılan müəllimlər etiraz aksiyası keçirir - Direktoru qoruyan kimdir?

Milli Qəhrəman Şükür Həmidovla bağlı maraqlı faktlar - Video

Ən çox oxunanalar