Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Xankişiyev Babaş Ağasət oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(report)
pia.az