Cümə axşamı, 28 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

KİV: Şoyqu və Lavrov deputat mandatlarından imtina edə bilər

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında deputat mandatlarından imtina edə bilərlər.

Bu barədə “İnterfaks” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, S. Şoyqu və S. Lavrov “Vahid Rusiya” Partiyasının parlament seçkilərində qələbəsindən sonra deputat mandatlarından imtina edəcəklər.

Mənbə Kommunarkadakı xəstəxananın baş həkimi Denis Protsenko və “İstedad və uğur” fondunun rəhbəri Yelena Şmelovanın da Dumaya getməyəcəklərini bildirib.

“Vahid Rusiya” Partiyasının siyahısına liderlik edən “beşlik”dən yalnız uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsovanın deputat mandatını qəbul edəcəyi bildirilib.

Qeyd edək ki, “Vahid Rusiya” Partiyası VIII çağırış Rusiya Dövlət Dumasına keçirilən seçkilərə S. Şoyqu, S. Lavrov, D. Protsenko, Y. Şmelova və A. Kuznetsovanın liderlik etdiyi partiya siyahısı ilə qatılıb. Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara görə, seçki protokollarının 90,3 faizi hesablandıqdan sonra “Vahid Rusiya” seçicilərin 49,65 faizini toplayaraq Duma seçkilərində qələbə qazanıb.(apa)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Milyonluq şirkətlərə rəhbərlik edən azərbaycanlı biznes ledilər - Fotolar

Ermənilər Şuşa ətrafına ağır texnikalar yığır

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında soyuq münasibətlərin səbəbi nədir?

Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqları şərh etdi

"Azərbaycan kişisinin arvad tərəfə yıxılması tarixi o vaxtdan başlayır"

Yaşar Nurinin qızı: "Satmağa bir şey yoxdur, nəyi satım?!"

Yas mərasimləri və qadağalarla bağlı yeni açıqlama

İcra başçısı COVİD-19 əleyhinə 3-cü doza peyvənd olundu - Foto

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Azərbaycanda yaşayış minimumunun məbləği artırlır

Ən çox oxunanalar