Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin hesabatı “sıfırdan” ibarətdir

Azərbaycan Sənaye Korporasiyası” ASC 2020-ci il üçün özünün audit hesabatını təqdim edib. Hesabat isə bir vərəq ağ kağızdan ibarətdir, yəni korporasiyanın fəaliyyəti sıfırdan ibarət olub. Bu haqda “Turan” agentliyi bildirir.

Azərbaycan Sənaye Korporasiyası” ASC 2017-ci ildə Beynəlxalq Bankın toksik aktivlərinin idarə edilməsi üçün yaradılıb. Korporasiya özünün maliyyə hesabatını ilk dəfə 2019-cu ildə açıqlayıb. Lakin o vaxt da hesabat üç səhifədən ibarət audit rəyindən ibarət idi.

Ötən il “Azərbaycan Sənaye Korporasiyası” özünün internet səhifəsində beş törəmə şirkətinin (“Azəraliminium” MMC, “Azərpambıq ASK” MMC, “Azəripək” MMC, “ASK Ayaqqabı” MMC və “ASK Şüşə” MMC) maliyyə hesabatlarını yerləşdirib. Korporasiyanın balansında cəmi 50-dən yuxarı hüquqi şəxs var, amma saytda onların 16-ı barədə məlumat verilir.

Bildirilir ki, 2020-ci ilin yanvarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və onun törəmə şirkətlərinin konsolidə edilmiş maliyyə hesabatlılığına dair beynəlxalq standartlara uyğun auditin keçirilməsi üçün müqavilə bağlanıb. “Baker Tilly Azerbaijan” QSC ilə bağlanmış müqavilənin dəyəri 389,4 min manat və ya 229 min dollar olub.

Korporasiyanın ödənilmiş nizamnamə kapitalı 500 milyon manat təşkil edir. 2019-cu ildə hökumət Bakının Qaradağ rayonunda tikintisi yarımçıq qalmış və Hacı İbrahimə məxsus olmuş “Yeni Şəhər” yaşayış kompleksini də korporasiyanın balansına verib. Bu aktiv 489 milyon manat qiymətləndirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar