Bazar ertəsi, 25 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Qız Qalasını da sökmək olar" - Rasim Quliyev

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

PİA.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Feyzi Rzayev dindirilib.

Şahid bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Bərpası, İnkişafı və Qorunması üzrə Dövlət Xidmətində çalışıb, hazırda təqaüddədir: "Dilarə Əliyeva küçəsi 141 ünvanından yerləşən ərazidə tarixi bina vardı. Həmin ərazinin yaxınlığında yeni bina tikilirdi. Bu səbəbdən orada olan tarixi binada çatlar əmələ gəlmişdi. Əraziyə baxış keçirdik. Həmin vaxt binanın zirzəmisi tikilirdi. Məsələ ilə bağlı müvafiq qurumlara məlumat verdik. Ümumiyyətlə, qeyd edim ki, tarixi binalar, abidələr biz mütəxəssislər tərəfindən qeydiyyata alınır və Nazirlər Kabinetinə müvafiq şöbəsinə göndərilir".

Şahid vəkillərin suallarına cavab olaraq bildirib ki, Dilarə Əliyeva 145-in sökülməsini sonradan eşidib və söküntü zamanı orada olmayıb: "Binanın Mədəniyyət Nazirliyinin tarixi abidələrin siyahısından çıxarılması ilə bağlı məsələdən xəbərim yoxdur. Həmin binanın tarixi abidə olması ilə bağlı sakinlərin bəzilərində müqavilələr olub. Onların şikayəti əsasında əraziyə yoxlamalar aparmışıq. Baxış keçirdik, şəkillər çəkdik, arayış aldıq ".

Daha sonra prosesdə ifadə verən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis müavini və Baş memarı olmuş Akif Abdullayev isə bildirib ki, tarixi binaların sökülməsi ilə məşğul olmayıb: "Mən yalnız təzə tikilən binalara baxmışam. Bakı şəhər İcra Hakimiyyəti sərəncam verəndən sonra mən həmin sərəncamı icra edirdim. 1976-cı ildən Memarlıq və Şəhərsalma Baş İdarəsində işləmişəm. Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü Hacıbala Abutalıbovda olurdu. Rasim Quliyevi tanıyıram. Dilarə Əliyeva 141 ünvanının sökülməsi ilə bağlı sərəncam verilib. Sonradan dedilər ki, həmin ərazidə metro stansiyası tikmək istəyirdilər. Ona görə sərəncam dayandırıldı".

Prokurorun suallarını cavablandıran A. Abdullayev deyib ki, Rasim Quliyevi BŞİH-nin Aparat rəhbəri kimi tanıyıb: "Mən bilmirdim ki, Rasim Quliyev icra başçısının müavini səlahiyyətlərini icra edir. Mən o məsələlərlə maraqlanmırdım. Rauf Pənahov həm Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, həm də Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi səlahiyyətlərini icra edirdi. 2008-ci ildə mən idarənin rəis müavini təyin olundum. Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra səlahiyyətləri Rasim Quliyev icra edirdi. Amma yenə möhürün kimdə olduğunu bilmirdim. Mən sənədlərə imza atırdım, möhürü kim vururdu, xəbərim olmurdu və maraqlanmırdım".

Rasim Quliyev isə bildirib ki, Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra möhür Akif Abdullayevə verilib: "Mənə heç bir möhür verilməyib. Məndə olan möhürü vəzifədən azad olunanda aktlaşdırıb təhvil vermişəm".

A. Abdullayev bildirib ki, hansısa bina tikintisinə icazə verilərkən daxil olan sənədə icazə veriləndə sənədləri araşdırmağa ixtiyarı olmayıb: "Memarlıq və Şəhərsalma Baş İdarənin səlahiyyətləri tikinti üzrə sənədləri araşdırmaqla bağlı idi. Hacıbala Abutalıbov sənədləri araşdırıb qərara gələndən sonra rəylər bizə daxil olurdu, biz də razılıq verirdik".

Prosesdə A. Abdullayev prokurorun suallarını cavablandırmaqdan yayınıb. Hakim isə bildirib ki, sualları düzgün cavablandırmaq lazımdır: "Tikinti ilə bağlı müraciət olunarkən araşdırma aparılanda hansısa bir qurum mənfi rəy verdisə, onu kim araşdırırdı?"

A. Abdullayev cavab olaraq deyib ki, Bakı şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərə mənfi rəy verilməyib: "Yerli icra hakimiyyəti rəy bildirirdi, Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verirdi".

Hakimin "Kimsə müraciət etsə ki, Qız Qalasını sökün, sökəcəkdiniz" suallına A. Abdullayev “Lazım olsa, rəy alıb, onu da sökmək olar” cavabını verib.

A. Abdullayev bildirib ki, Rasim Quliyevin hansı binanın sökülməsinə sərəncam verdiyini xatırlamır.

Dövlət ittihamçısı bildirib ki, A. Abdullayevin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər var.

A. Abdullayev isə deyib ki, tikinti işlərinə, təzə salınan məhəllələrə, tikilən yollara, kommunikasiya xətlərinə nəzarət edib.

R. Quliyevin vəkilinin suallarını cavablandıran A. Abdullayev bildirib ki, Dilarə Əliyeva küçəsi 141 və 145 ünvanlarındakı söküntülərdən xəbəri olmayıb.

Hakim qeyd edib ki, A. Abdullayev 45 il Bakı şəhər İcra Hakimiyyətində işləyib, amma sualları cavablandıra bilmir: "Siz iş üzrə əsas şahidlərdənsiniz. Bu prosesdə sizin iradəniz mühüm rol oynayır. Siz isə suallara cavab verə bilmirsiniz. Yaddaşınızı təzələyin, növbəti prosesdə aydınlıq gətirin".

Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlkahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb

Ruslar Qarabağ müharibəsinə aid elə görüntülər yaydı ki… - Fotolar

İntihar edən qız polkovnikin nəvəsidir: Bloqqer imiş- Foto

Zina edənlər həbs edilsin - Tanınmış aparıcı

Fərqanə Qasımova həbsdə olan həyat yoldaşı haqda sirləri açdı

Kamran Həsənli və Erkin Qədirli arasında gərginlik yaranıb – Video

“Putin sülhməramlıların müddətinin uzadılmasında israrlı deyil”... - Kremlin xəritələri sülhü yaxınlaşdırırmı?

MN: Ehtiyatda olan bir qrup hərbi vəzifəli təlimə çağırılır

Sami Yusuf azərbaycanlı məşhurun oğlunu səslədi: "Hardasan Kənan?" 

“Mahmudov və 40 quldur” seriyasından: İş adamından 2 milyon dolların qoparılması...

Ayətullah Xameneyi Azərbaycan dilində səhifələr açdı

İsveçdə öldürülən azərbaycanlının adı və fotosu yayıldı

Ən çox oxunanalar