Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xınalıq dünyada “Ən yaxşı turistik kənd” adına namizəddir

Xınalıq “Ən yaxşı turistik kənd” adına namizəddir

Ümumdünya Turizm Təşkilatının (United Nations World Tourism Organization – UNWTO) elan etdiyi “Ən yaxşı turistik kənd” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb.

Dövlət Turizm Agentliyindən verilən xəbərə görə, təşkilatın bu layihəsinin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunan Xınalıq kəndinin ərazisində 2007-ci ildə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. Dövlət Turizm Agentliyi tabeliyində fəaliyyət göstərən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu orta əsrlərə xas olan özünəməxsus memarlıq strukturu və əsrarəngiz təbiət mənzərəsi ilə seçilən bir mədəni irs nümunəsi kimi qəbul edilir.

2020-ci ildə “Xınalıq, orta əsr dağ kəndi” adı ilə YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Hazırda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylının yazılması prosesi davam etdirilir. Dövlət Turizm Agentliyinin mütəxəssislərinin hazırladığı və İlkin Siyahıya daxil edilmiş sənəddə kəndin qədim dili, köçəri yaşayış tərzi, Qafqaz dağlarındakı qədim memarlıq ənənələri və Xınalıq icmasının təbiətlə harmoniyalı şəkildə yaşayış tərzi onun müstəsna ümumbəşəri dəyərləri kimi qeyd olunur.

Qədim tarixə malik olan Xınalıq kəndində arxeoloji qazıntı və elmi-tədqiqat işləri aparılır. Hazırda 3 hektardan çox ərazini əhatə edən “Kima Liqebiriş” adlı qədim qəbiristanlıqda qazıntılar davam edir. Qazıntı zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri hazırda qoruğun elmi fondunda saxlanılır və onların bir hissəsi Xınalığı ziyarət edən yerli və xarici turistlərə nümayiş etdirilir. Bundan əlavə, kənddə aşkarlanmış qədim epiqrafik abidələr və nadir əlyazmalar öyrənilir. Kənd ərazisində yerləşən dini abidələr – pirlər və ziyarətgahların qeydiyyatı aparılır.

Xınalıq kəndinin mədəni irs elementlərindən biri də özünəməxsus memarlıq üslubudur. Bu üslubu qorumaq məqsədilə kənd ərazisində qəza vəziyyətində olan, uçqunlar nəticəsində təhlükəli vəziyyətə düşən evlərin təmir və bərpa prosesi aparılır. Vətəndaşların müraciətlərinə əsasən hazırda Xınalıq kəndində 16 evin təmir işləri davam etdirilir.

Ərazidə təmir-bərpa işləri başlanmazdan əvvəl Dövlət Turizm Agentliyinin mütəxəssisləri tərəfindən beynəlxalq standartlara uyğun “Xınalıq-Bərpa Təlimat” kitabçası və ərazinin Regenerasiya Planı hazırlanıb.

Qeyd edək ki, UNWTO-nun keçirdiyi müsabiqənin nəticələri bu ilin sonunadək Mərakeşdə keçiriləcək 24-cü illik sessiyada elan olunacaq. UNWTO-nun “Ən yaxşı turistik kənd” nişanını qazanan kəndlər modernləşmə proqramında daxil ediləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar