Şənbə, 16 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

AXC-nin elan edildiyi bina bərpa olunur

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi binada bərpa-restavrasiya işləri intensiv şəkildə aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, hazırkı Milli Gənclər Sarayının binasının bərpası layihəsini Tbilisi İnkişaf Fondu “Yeni Tiflis” proqramı çərçivəsində həyata keçirir.

Qurumdan bildirilib ki, hazırkı mərhələdə tarixi binanın dam örtüyü bərpa olunur, fasadın rənglənməsi, daxili kommunikasiyalar, su təchizatı və kanalizasiya sistemlərinin qurulması işləri aparılır. Həmçinin tikilinin interyerində dekorativ naxışlar və taxta qapı-pəncərələr də restavrasiya edilir.

Qeyd edək ki, layihənin dəyəri 33,7 milyon lari (10,8 milyon ABŞ dolları) təşkil edir və işlərin 2023-cü ilin sonunda tam başa çatdırılacağı gözlənilir.

Mədəni irs nümunəsi olan tikilinin güzgülü zalında 1918-ci il mayın 28-də AXC-nin müstəqillik bəyannaməsi oxunaraq Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Həmin zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib. Restavrasiya işləri çərçivəsində lövhənin də yenilənməsi nəzərdə tutulub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Toyuna köhnə sevgilisi gəldi, anası onu dilənçi bildi, oğlu cinayətkar oldu - 10 maraqlı fakt

İsveçdə güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub - Foto

Naxçıvana avtomobil və dəmiryolu açmağa hazırıq - Paşinyan

Arvadından xəbərsiz evi satan polis polkovniki həbs edildi - Özünü subay göstərib

İcra başçısının evinin işıq pulunu kimlər ödəyir? - Administrasiyanın kuratoru Vaqif Həsənovu xilas edə bilərmi?

Putin Qarabağla bağlı vəziyyəti belə şərh etdi

Milli Məclis Prezident İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib

ABŞ Türkiyəyə 40 təzə F-16 satmasa zarafat gerçəkləşəcək...

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Nazirliyin vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

Kovid peyvəndindən sonra trombozun yarandığını göstərən əlamətlər

Ən çox oxunanalar