Cümə axşamı, 28 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Leyli və Məcnun” operası nümayiş olunub.

Bu, Azərbaycanda pandemiya şəraitində teatr səhnəsində nümayiş olunan ilk tamaşadır.

Tamaşada əsas partiyaları respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa ediblər.

Tamaşada həmçinin Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nofəl) və başqaları iştirak ediblər. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edib.

Qeyd edək ki, tamaşaçılar teatra dəvətnamə ilə gəlib. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılıb və əyləşdiriliblər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqları şərh etdi

Yaşar Nurinin qızı: "Satmağa bir şey yoxdur, nəyi satım?!"

"Qızımın saçını kəsdirib, nə günə qoyub..." - Mətanətin gəlini övladları ilə görüntülərini yaydı - Foto, Video

İran məngənədə sıxılır… - Əli Bağıri Kani Brüsselə yollandı

Azərbaycanda pandemiyadan qazananlar və kasıblaşanlar kimlərdir?

İşdən çıxarılan müəllimlər etiraz aksiyası keçirir - Direktoru qoruyan kimdir?

Sərdar Cəlaloğlu ona qarşı hazırlanan sui-qəsddən danışdı

Milli Qəhrəman Şükür Həmidovla bağlı maraqlı faktlar - Video

Ən çox oxunanalar