Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuz polisindən əməliyyat: Saxlanılanlar var 

Tovuz rayonunda narkotik alan və satan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Kənan Hümbətov və Azər Seyidov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onların üzərinə baxış keçirilən zaman K.Hümbətovdan narkotik maddə olan metamfetamin və qurudulmuş marixuana, A.Seyidovdan isə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə narkotik maddəni satan şəxsin kimliyi bəlli olub.

Belə ki, şübhəli şəxslər ifadələrində narkotik maddəni Samir adlı şəxsdən aldıqlarını bildiriblər. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Samir Hacıyev saxlanılıb.

Üzərindən narkotik maddə heroin aşkar edilən S.Hacıyevin yaşadığı fərdi yaşayış evindən isə 9 ədəd müxtəlif bükümlərdə metamfetamin, 10 ədəd müxtəlif bükümdə heroin, metadon həbləri və tiryək aşkar edilərək götürülüb.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ənvər Abuzərov saxlanılıb.

Üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilən Ə.Abuzərovun və yaşadığı evdən isə müxtəlif bükümlərdə və kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 2 ədəd həmin tüfəngə aid patron, 27 ədəd güllə başlığı, 6 ədəd pnevmatik silaha aid patron, 1 ədəd 5,45 mm-li avtomat patronu və 1 ədəd bıçaq aşkar edilərək götürülüb

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar