Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Forbes” Rusiya varlılarını açıqladı: Vahid Ələkbərov ilk beşlikdədir

“Forbes” jurnalı rusiyalı aktiv satışlarından və ya dividendlərdən əldə etdikləri gəlirə görə 2020-ci ildə ən çox qazanan Rusiya milyarderlərini beşinci dəfə sıralayıb.

Reytinqə “Severstal”ın əsas sahibi Aleksey Mordaşov başçılıq edir - qəzetin yazdığına görə, Mordaşov və ailəsinin gəlirləri keçən il təxminən 25 % artaraq 1,7 milyard dollara çatıb.

Reytinqdə üçlükdə ardıcıl olaraq, gəliri 1,48 milyard dollar olan NLMK qrupunun idarə heyətinin sədri və əsas səhmdarı Vladimir Lisin və 1,43 milyard dollar gəlirlərlə “USM Holdings”in rəhbəri Alişer Usmanov yer tutub.

İlk beşliyi “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov (1,14 milyard dollar) və senator Süleyman Kərimov və ailəsi (922 milyon dollar) tamamlayıb.

2020-ci ildə Rusiyada ən çox gəliri olan milyarderlər siyahısında növbəti sırada gəlirləri 897 milyon dollar olaraq qiymətləndirilən “Norinikel” mədən-metallurgiya şirkətinin rəhbəri Vladimir Potanin, Andrey Skoç və ailəsi (875 milyon dollar) Viktor Raşnikov (828 milyon dollar), Gennadi Timçenko (788 milyon dollar), Roman Abramoviç (645 milyon dollar) gəlir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar