Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan hakimiyyətinin “müstəqillik” şousu

Bu il postsovet məkanına daxil olan ölkələrin əksəriyyəti sovet imperiyasından azad olmağın 30 illiyini qeyd edir. Və görünən odur ki, bir qisim bunu təntənə ilə qeyd edir, bir qisim də bu əlamətdar tarixin üstündən sükutla keçməyə çalışır. Bu 30 il bəziləri üçün əlamətdar olsa da, bir sıra dövlətlər sevinmək üçün bir əsas görmür. Sovet sisteminin çöküşü onlar üçün firavanlıq yox, torpaq itkisi, yüz minlərlə qurbanlar hesabına başa gəldi. Mənfur imperiya çöküşü ilə hələ də həllini tapmayan münaqişələr, qaçqın axını, yüz minlərlə qurbanlar gətirdi. Torpaqları işğalı altıda olan, ərazilərində qondarma qurumlar yaradılan dövlətlər, hələ də müstəqilliyin sevincini tam dada bilmir.

Mövzu ilə bağlı “Kaspi” qəzetində geniş yazı yayımlanıb.

Əminliklə demək olar ki, bu gün postsovet məkanına daxil olan ölkələrin sırasında müstəqil dövlət statusuna malik olan Azərbaycandır. 30 il ərzində torpağı işğal altında olsa da, heç bir beynəlxalq qurumdan asılılıq nümayiş etdirmədən öz siyasətini yürütdü. Müstəqil şəkildə beynəlxalq enerji, nəqliyyat layihələrini öz hesabına reallaşdırmağa müvəffəq oldu. Tək elə “Əsrin müqaviləsi” imzalananda, sənədə imza atanların tərkibi hər şeydən xəbər verir. Ardınca da saysız-hesabsız layihələr reallaşdırıldı. Bununla yanaşı, illər uzunu beynəlxalq hüquq normaları çərçivəsində həllə aparan yolla getdi və bu yolun mənasız olduğunu gördükdə torpaqlarını hərbi yolla azad etməyə üstünlük verdi. Cəmisi 44 gün çəkən İkinci Qarabağ müharibəsində özünün insani, maliyyə və hərbi potensialı ilə düşməni torpaqlarından qovmağa müvəffəq oldu. Təzyiq və hədələrə baxmayaraq, öz torpaqlarında suveren hüquqlarını bərpa etdi. Postsovet məkanında başqa belə bir nümunə ortada yoxdur.

Sovet rejiminin dağılması ərəfəsində Ermənistan əvvəlcə SSRİ, sonra da özünü onun varisi elan edən Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını işğal edərək milyonlarla insanı ev-eşiyindən məhrum etdi. Lakin bu sevinc əbədi sürmədi. Xeyli ərazi tutmasına baxmayaraq, sahibi tərəfindən forpost dövlət elan olundu. 30 ildir bu damğa ilə də gəzir. İndi isə utanmadan özünü müstəqil dövlət kimi qələmə verməyə çalışır. 44 günlük müharibədə biabırçı məğlubiyyətə baxmayaraq, "müstəqillik günü” şousu düzəldir. Ən acınacaqlısı odur ki, ərazisində xarici ölkənin hərbi bazası olan, sərhədlərinin mühafizəsini öz əsgəri deyil, digər ölkənin qoruduğu Ermənistan indi təmtəraqla "müstəqillikdən" dəm vurur. Şübhəsiz ki, bu bayram tədbirlərini keçirməklə Ermənistan hakimiyyəti bir neçə hədəfə çatmağa çalışır. Ən əsası, xalqını məğlub sindromundan qurtarmağa cəhd göstərir. Erməni xalqını "heç nəyə qadir olmayan Ermənistan” damğasından azad etməyə çalışır. Lakin buna nail olacaqmı? Bax, bu, çətin görünür.

"Bayram” şousu ermənilərdə o qədər narazılıq doğurub ki, Nikol Paşinyan hətta jurnalistləri də tədbirlərə buraxmayıb. "Müstəqillik" bayramı keçirən baş nazir sərt etirazlarla üzləşib. Nikolun gəldiyi "Erablur” panteonuna jurnalistlərlə yanaşı vətəndaşları da buraxmayıblar. Baş nazir yaxşı bilirdi ki, həmin insanlar mərasim zamanı ondan ölən övladlarının, yaxınlarının hesabatını tələb edəcək. Etiraz və narazılıqları görən baş nazir yalnız klassik musiqilərin səslənmsi ilə kifayətlənib.

Görünən odur ki, 44 günlük müharibə və onun nəticələri erməni cəmiyyətini elə bir duruma salıb ki, bundan qurtulmağa onilliklər gərək olacaq. Bu müharibə "məğlubedilməz erməni” obrazını alt-üst etmiş olub. Bunun nəticəsidir ki, ermənilər kin və küdurətini baş nazirin üstünə tökürlər. "Müstəqillik” sözü gələndə belə bundan iyrənirlər. "Heç bir şəkildə təbrik etmirəm. Bizim dövlətimiz yoxdur. Müstəqilliyimiz yoxdur. Şərəfimiz yoxdur. 5000 adamımız yoxdur. Əsirlərimiz haradadır? İtkin düşənlər haradadır?” Bu sözlər sıravi bir vətəndaşa deyil, Ermənistan Respublikaçılar partiyasının rəsmisi Armen Aşotyana məxsusdur. O qeyd edib ki, yalnız itirilmiş ləyaqətin xəyal ağrıları var: "Bu, Müstəqillik Günü deyil, ölüxana günüdür”. Bir vaxtlar özünü az qala "erməni Napoleonu” kimi qələmə verən Xocalı cəlladı, uşaq qatili Seyran Ohanyanın dilindən səslənən fikirlər daha maraqlıdır. "Ölkənin suverenliyi ilk növbədə sahib olduğu ərazi, əhalisi, iqtisadiyyatı ilə ifadə olunur, həmin ərazinin, sərhəd təhlükəsizliyi və ərazi bütövlüyünün sahibi olmalısan”. Onun sözlərinə görə, bu gün suverenlikdən danışmaq çox çətindir.

Ən çox da övladları müharibədə məhv edilən erməni anaları qəzəblidir. Onlar bəyan edir ki, analar yas içindədir, övladlarının ili hələ çıxmayıb. "Bunun zamanı deyil, indi biz azad vətənə malik deyilik, biz müxtəlif ölkələrdən asılıyıq. Şeytanlar insanların yasına şadyanalıq edirlər. Nikol bu bayramla uşaqlarımızın tökülmüş qanını unutdurmaq istəyir”, - deyə əsgər anası bildirib. "2018-ci ildən sonra ikinci dəfə qərar verdik ki, bizə nə müstəqillik, nə də ölkəmizi "izqoy” statusundan çıxarmaq lazım deyil”. Bunu da ictimai xadim Diana Vasilyan yazıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar