Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şikayət: Kənd sakinini ölümcül döyən 6 nəfərlik qrupla bağlı heç bir tədbir görülmür

Avqustun 9-da Biləsuvarın Muğanlı kəndində bir qrup şəxs tərəfindən döyülən Elçin Rüstəmovun işi ilə bağlı yerli hüquq-mühafizə orqanları heç bir tədbir görmürlər. 

Bunu döyülmə nəticəsində hazırda yataq xəstəsinə çevrilən Elçin Rüstməovun yaxınları "Arqument.az"a deyiblər. 

Onlar bildiriblər ki, 6 nəfərlik qrup Elçin Rüstəmovla yanaşı, atası Allahverdi Rüstəmova da xəsarət yetirib, ancaq bu məsələ ilə bağlı hər hansı bir istintaq tədbiri aparılmır.

Elçin Rüstəmova öncə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, daha sonra isə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ağır kəllə-beyin travması diaqnozu qoyulub. 

Diaqnozda qeyd olunur ki, döyülmə nəticəsində Elçin Rüstəmovun nitqi tutulub, yaddaşı pozulub. Hadisəni törədən şəxslərin deputat Musa Qasımlının əmisi uşaqları olduğu bildirilsə də, deputat bununla bağlı hər hansı bir açıqlama verməyib.

Muğanlı sakinini döyən şəxslər isə həmin kəndin sakinləri - Abdulla Cəfərov, Xəyal Cəfərov (el arasında Xəlil deyə çağrılır), İbrahim və Əlövsət Hətəmov qardaşları, həmçinin Müdafiə Nazirliyinin "N” hərbi hissəsinin zabiti, kapitan Ayaz Cəfərov və Aqil Cəfərovdur.

Zərəçəkmişlər hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Xidmətinə də məlumat veriblər.

Hadisə baş verən ərəfədə Biləsuvar Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və cinayət işinin açıldığı bildirilib, amma zərərçəkənin yaxınları hər hansı bir tədbirin görülmədiyini deyirlər. 

Onlar deyirlər ki, hadisənin təşkilatçılarından biri "N" saylı hərbi hissənin zabiti Ayaz Cəfərov olsa da, indiyə qədər ifadəsi alınmayıb və istintaqa cəlb edilməyib. 

Ayaz Cəfərovdan şikayət edən Rüstəmovlar deyirlər ki, o bir müddət öncə əsgər ölümü hadisəsi ilə bağlı istintaqa cəlb edilib, lakin sonradan qurtula bilib. 

Ailə deyir ki, onları döyən qrup kənddə onların rahat davranmasına da problemlər yaradırlar: "Söz atır, qıcıq yaradır və hədələməkdən belə çəkinmirlər. Biz kənddə rahat gəzə bilmirik. Bu adamlar kiməsə arxalanıb kənddə qoçuluq edirlər". 

Yaxınları bildiriblər ki, Elçin Rüstəmovun səhhəti normal deyil: "Dərmanlar hesabına yaşayır və tez-tez sterik tutmaları olur. Polis isə işi araşdırmaq, cinayəti törədənləri istintaqa cəlb etmək əvəzinə, tərəfləri barışdırmaq üçün çalışır". 

Onların sözlərinə görə, müstəntiq Kamran Şükürov ailəyə deyib ki, nə vaxt barışmaq istəsəniz, bizə xəbər edin. 

İstintaqı aparan müstəntiq Kamran Şükürovla əlaqə saxlamaq mümkün olmayıb. Biləsuvar Rayon Polis İdarəsindən isə bildiriblər ki, hadisə barədə hər hansı bir açıqlama vermək səlahiyyətində deyillər.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar