Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnflyasiya iqtisadiyyatın uğurlarını yeyir

Elnur Məmmədov
Virtualaz.org

Azərbaycanda bu ilin səkkiz ayı ərzində ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 faiz artıb.  Qeyri-neft sektorunda artım 5,5 faiz təşkil edib.  Ölkə iqtisadiyyatında yeddi ay ərzində artımın 2,7 faiz,  o cümlədən qeyri-neft sektorunda 5,3 faiz olduğunu nəzərə alsaq, deyə bilərik ki, ümumilikdə iqtisadiyyatda, xüsusi olaraq isə qeyri-neft sektorunda inamlı inkişaf var.

Ancaq iqtisadi artımdan gözlənilən əsas məqsəd ölkə əhalisinin rifah halının yüksəlişidir. Həqiqətən də, iqtisadi artım sürəti nə qədər yuxarıdırsa, ölkə və onun əhalisi bir o qədər yaxşı yaşayır.  Ancaq bizim misalımızda bunu söyləmək çətindir. Çünki, rəsmi statistikanın göstəricilərinə görə, ölkədə inflyasiyanın yüksəlməsi ilin əvvəlindən iqtisadiyyatdakı yetərincə artımı neytrallaşdırır. Üstəlik, inflyasiya hətta iqtisadi artım sürətini üstələyir.

Belə ki, bu ilin əvvəlindən Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) ötən ilin analoji dövrü ilə müqayisədə 104,8 faiz təşkil edib.  O cümlədən, ərzaq məhsullarının, içkilərin və tütün məmulatlarının qiymətləri 5,4 faiz, qeyri-ərzaq məhsullarının qiyməti və əhaliyə pullu xidmətin tarifləri 4,2 faiz artıb. Üstəlik İQİ hər ay yüksəlir.  Məsələn, avqustda iyulla müqayisədə artım 0,5 faiz, ötən ilin avqustu ilə müqayisədə isə 6,7 faiz təşkil edib.  Ərzaq məhsulları, içkilər və tütün məmulatları üçün İQİ artımı isə bir ay üçün 0,8 faizə  və illik hesablamada 7,8 faizə bərabər olub. Bu vaxt qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,3 faiz və 5 faiz, əhaliyə pullu xidmətlər isə  əvvəlki ayla müqayisədə 0,2 faiz, ötən ilin avqustu ilə müqayisədə 6,4 faiz bahalaşıb.

Digər tərəfdən, Azərbaycan əhalisinin nominal pul gəlirləri ilin əvvəlindən təqribən 37,2 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.  Bu vaxt onu da nəzərə almaq lazımdır ki,  əhalinin nominal pul gəlirləri ötən il 2019-cu ilin göstəricilərinə münasibətdə 1,8 faiz azalmışdı.  Yəni, əhalinin nominal pul gəlirləri bu ilin avqustunda hətta 2019-cu ilin avqustunun səviyyəsinə də çatmayıb, inflyasiya isə ötən illə müqayisədə artım, 2019-cu illə müqayisədə isə azalma sayılmalı bu göstəricini bir neçə dəfə üstələyir.  Deməli, ÜDM artımı bu dəfə özünün təyinatını yerinə yetirməyib.

Yeri gəlmişkən, bunu pərakəndə mal dövriyyəsi ilə bağlı göstəricilər də təsdiqləyir. Bu ilin səkkiz ayı ərzində pərakəndə ticarət şəbəkələri vasitəsilə istehlakçılara 26,46 milyard manatlıq məhsul satılıb.  Əhali 14,347 milyard manatlıq ərzaq məhsulları,  12,113 milyard manatlıq qeyri-ərzaq məhsulları əldə edib.   2020-ci ilin analoji dövrü ilə müqayisədə pərakəndə ticarətin dövriyyəsi real olaraq 2,7 faiz artıb.  O cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,4 faiz,  qeyri-ərzaq məhsulları isə 3,1 faiz çox satılıb.

Aydın görünür ki, səkkiz ayın yekunlarına görə Azərbaycan əhalisinin nominal pul gəlirləri daha çox ÜDM-un yox, İQİ-nin artımına müvafiq gəlir.  Və bu doğrudur - əhalinin xərcləri gəlirlərinin göstəricilərini üstələyə bilməz.  Digər tərəfdən, ÜDM və inflyasiyanı ümumiyyətlə bir-birinə bağlamaq  tam doğru deyil.  ÜDM - çox sayda iqtisadi faktorların məcmusunu özündə cəmləyən deflyatordur.  İnflyasiya ona yalnız müəyyən təsir göstərə bilər.  İndiki halda da görünür ki, ölkə iqtisadiyyatının artım sürəti bütün proqnozları qabaqlayır, ancaq inflyasiya iqtisadiyyatın bütün uğurlarını yeyir.  Və bu problem daha da kəskinləşəcək, çünki indiki inflyasiya qlobal xarakter daşıyır və, böyük ehtimalla, yaxın perspektivdə azalmayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar