Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqası: "Neftçi" səfərdə "Sabah"a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

PİA.az-ın məlumatına görə, turun ikinci oyun gününün ilk görüşündə "Sabah" "Neftçi"ni qəbul edib. "Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda ilk qol 20-ci dəqiqədə vurulub. Sabir Buqrinin zərbəsindən sonra Ramon Maçadoya dəyən top tora daxil olub. Bu, Maçadonun ardıcıl ikinci matçda ikinci qolu olub.

"Neftçi" ikinci qoluna 78-ci dəqiqədə əks-hücumun yekununda imza atıb. Bu dəfə Mamadu Kane fərqlənib.

"Sabah"ın təsəlli qolunu isə 81-ci dəqiqədə uzaqdan zərbə ilə Aleksey İsayev vurub.

Beləliklə, xalını 10-a çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Sabah" isə 1 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Səbail"i məğlubiyyətə uğradıb - 2:1. Tura saat 19:15-də start götürəcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar