Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti: “Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur, müzakirələr nəticəsiz qalır”

“Noyabrın 9-dan 10-na keçən gecə imzalanan bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradılmalı olduğu açıq şəkildə göstərilir. Bu əlaqə yaradıldımı? Yox!”.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Bu əlaqəni təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Oradakı quru yolun ümumi uzunluğu 40 kilometrdir. Biz indi müharibədən sonra bir ildə min kilometrdən çox yol tikmişik, həm torpaq yollar, həm də asfalt yollar. İndi orada 40 kilometrlik yolun açılması böyük problem deyil. Amma buna baxmayaraq, hətta Ermənistan buna razılıq da vermir. Aparılan müzakirələr nəticəsiz qalır. Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur. Biz hələlik səbrli davranırıq. Təmkinli davranırıq. Amma bizim səbrimizin də müddəti var və İkinci Qarabağ müharibəsi göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə də Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabrda imzalanmış bəynatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”, - Prezident vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar