Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın Ermənistan tərəfinə qarşı daha sərt fəaliyyət göstərməsini istərdim”

“Möhkəm və sabit siyasi sistem, dayanıqlı iqtisadiyyat, güclü ordu yaradan Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi qələbə qazandı”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq Sergey Markov bildirib.

“Ötən ilin üçtərəfli bəyanatı da Azərbaycanın müharibədəki qələbəsinin nəticəsidir. Bundan əvvəlki 20 il ərzində rəsmi Bakı böyük işlər görüb. Birincisi, güclü, sabit siyasi sistem yaradıldı. İkincisi, bu siyasi sistemə əsaslanan güclü iqtisadiyyat quruldu. Güclü iqtisadiyyat bünövrəsi üzərində isə güclü ordu ərsəyə gətirildi və həmin ordu İkinci Qarabağ müharibəsində qısa müddət ərzində tarixi qələbə qazandı”, - deyə ekspert qeyd edib.

Rusiyalı politoloqun fikrincə, Azərbaycanla Ermənistan arasında tammiqyaslı sülh sazişi Ermənistan cəmiyyətinin mənfi əhval-ruhiyyəsinə görə imzalanmır:

“Erməni cəmiyyəti bu məğlubiyyətlə barışmaq istəmir, Paşinyanı da üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirməyə qoymayan məhz bu amildir. Nəqliyyat yolları açılmayıb, minalanmış ərazilərin xəritələri təhvil verilməyib. Azərbaycan Prezidenti də həmin xəritələrin cəmi 25 faiz səviyyəsində düzgün olduqlarını, yalnız kiçik qisminin təhvil verildiyini bildirib”.

Ekspertin iddiasına görə, Rusiya Qarabağdakı vəziyyəti yoluna qoymaq üçün bütün lazımi addımları atır, bu səylərin davam edəcəyinə ümidvar olduğunu bildirib:

Rusiyanın bu istiqamətdə eyni tərzdə, amma Ermənistan tərəfinə qarşı daha sərt fəaliyyət göstərməsini istərdim”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar