Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözlənilən “Türküstan Bəyannaməsi” - Rusiyanın bu birliyə qarşı hərəkətə keçməsi hansı nəticələr doğura bilər?..

Qazaxıstanda imzalanması gözlənilən bu bəyannamə dünyada hansı rezonans doğuracaq və Türk Birliyinə qarşı olan dövlətlər, o cümlədən Rusiya və Çin yeni geosiyasi ittifaqa necə yanaşacaq?..

Politoloq: “1991-ci ildən başlayaraq müstəqillik əldə etmiş və müstəqilliyini kövrək tonda saxlamağa çalışan Mərkəzi Asiyanın türkdilli dövlətləri və Cənubi Qafqazda Türkiyə və Azərbaycan bir çətir altında birləşməyə başlayıblar”.

Rusiyanın bu proseslərə sakit qalacağı gözlənilən deyil. Rusiya bütün gücü ilə çalışacaq ki, Mərkəzi Asiya dövlətlərində Türkiyə və Azərbaycan ilə yaxınlaşma prosesi gedəndə müəyyən variantlardan istifadə etsin”.

Bu sözləri politoloq Samir Hümbətov Türküstan şəhərində keçiriləcək TürkPA-nın 10-cu plenar sessiyasında imzalanması gözlənilən “Türküstan Bəyannaməsi”nin nəticələrini PİA.az-a şərh edərkən qeyd.

Bu həftə Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TürkPA-nın 10-cu plenar sessiyasında “Türküstan Bəyannaməsi” imzalanacaq. “Türküstan Bəyannaməsi” türk ölkələrinin vahid ordu, müdafiə sənayesi və s. hərbi məsələlərlə bağlı müqavilələrin ilkin sənədi sayıla bilər.

Məlumdur ki, dünya türk dövlətlərinin bir təşkilatda birləşməsindən hər zaman ehtiyat edib və bütün imkanları ilə buna mane olmağa çalışıblar. Qazaxıstanda imzalanması gözlənilən bu bəyannamə dünyada hansı rezonans doğuracaq və Türk Birliyinə qarşı olan dövlətlər, o cümlədən Rusiya və Çin yeni geosiyasi ittifaqa necə yanaşacaq? Rusiyanın və Çinin bu birliyə qarşı hərəkətə keçməsi Mərkəzi Asiyada hansı nəticələr doğura bilər?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas Araşdırma Mərkəzi”nin eksperti Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Türkdilli Dövlətlər Şurasının Avropa Birliyi formasında yaradılması üçün perspektivlər mövcuddur”.

Türkmənistan da artıq razılıq verdiyinə görə “Türküstan Bəyannaməsi”nin imzalanmasının gözlənilənilən olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, bu prosesin daha geniş çərçivəni əhatə edəcəyini düşünür:

“1991-ci ildən başlayaraq müstəqillik əldə etmiş və müstəqilliyini kövrək tonda saxlamağa çalışan həm Mərkəzi Asiyanın türkdilli dövlətləri, həm də Cənubi Qafqazda Türkiyə və Azərbaycan bir çətir altında birləşməyə başlayıblar. Demək olar ki, qloballaşmanın yeni mərhələsində bu birləşmə olduqca əhəmiyyətlidir. Çünki bu gün Mərkəzi Asiyada Çin və Rusiya arasında güclü rəqabət gedir. Burada üçüncü oyunçu kimi, həm də artıq Türkiyə var. Bu gün Mərkəzi Asiyanın türkdilli dövlətləri Türkiyə ilə əlaqələrin genişlənməsinə daha çox önəm verirlər. Eyni zamanda da bir təşkilat formasında birləşib gələcək perspektiv addımları birgə atmağa çalışırlar. Bu xüsusilə önəmlidir.

Elə məsələlər var ki, onlar qısa müddətdə həll olunan məsələlər deyil. Bunun üçün uzun tarixi mərhələdən keçmək və siyasi qətiyyət göstərmək lazımdır. Bu gün Türkiyə və Azərbaycan arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə sıx əməkdaşlıq mövcuddur. 15 iyun 2021-ci ildə Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalandı. Şuşa bəyannaməsi həm tarixi, həm siyasi, həm hərbi, həm də iqtisadi baxımından olduqca vacibdir.

Qeyd edim ki, Mərkəzi Asiyanın Türk Birliyinə Macarıstan da qatılmaq istəyir. Amma Türkmənistanın razılığı ilə artıq Türkdilli Dövlətlərin Şurasının yaradılması ideyası ortaya atılıb. Düşünürəm ki, Türkdilli Dövlətlər Şurasının Avropa Birliyi formasında yaradılması üçün perspektivlər mövcuddur. Amma bu perspektivləri çatışan və çatışmayan cəhətləri var.

Samir Hümbətov: “Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan mümkün qədər çalışır ki, Rusiyanı incitmədən Türkiyə ilə münasibətləri daha da inkişaf etdirmək yolunu tutular”.

Məsələn həmin türkdilli dövlətlərdən bəziləri Rusiya ilə KTMT üzvdür. Əgər o dövlətlər Azərbaycan və Türkiyə ilə bir hərbi ittifaq formatına gəlsələr məcburən KTMT-dən çıxmalıdırlar. KTMT-dən çıxmaq isə həmin ölkələrin Rusiya tərəfindən şantaja məruz qalması prosesinin başlanğıcı ola bilər. Eyni zamanda Rusiya hələ SSRİ dövründən bəri mövcud olan problemləri (yəni söhbət etnik, ərazi, sərhəd problemlərdən gedir) yenidən qabarda bilər. Bildiyimiz kimi Rusiyanın təsiri hələ də həmin ərazilərdə mövcuddur.

Buna görə də Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan mümkün qədər çalışır ki, Rusiyanı incitmədən Türkiyə ilə münasibətləri daha da inkişaf etdirmək yolunu tutular. Bu da müəyən tarixi mərhələ tələb edir. Bu gün Türkiyənin xarici siyasəti geniş sektorludur və böyük regionları əhatə edir. Bu Şimali Afrikadan tutmuş, Balkan ölkələrinə, eyni zamanda Mərkəzi Asiya, Cənubi Qafqaz, hətta Əfqanıstana qədər uzanan siyasi çətir halını alıb.

Türkmənistan da artıq razılıq verdiyinə görə “Türküstan Bəyannaməsi”nin imzalanması gözləniləndir. Hesab edirəm ki, bu proses daha geniş çərçivəni əhatə edəcək. Amma onu da qeyd edim ki, prosesin gedişi o qədər də asan başa gəlməyəcək. Təbii ki, buraya həm Çinin, həm Rusiyanın, ola bilər Qərbin də müdaxiləsi olsun.

Bu təşkilatın formalaşması, strukturunun möhkəmlənməsi prosesi uzun illər vaxt tələb edə bilər. Ancaq bunun üçün kifayət qədər lazımı addımlar atılıb. Artıq Türkiyə Rusiya ilə dünyanın müxtəlif ölkələrində rəqabət aparır. Türkiyə bu rəqabəti Mərkəzi Asiyada aparmaq gücünə də malikdir. Sadəcə olaraq Mərkəzi Asiya dövlətlərində Rusiyanın təsir dairəsini qırmaq və Türkiyə ilə yaxınlaşma prosesini gücləndirmək əzmi olmalıdır.

Samir Hümbətov: “Rusiya həmin dövlətlərdə etnik, dini, milli zəmində problemlər çıxmamağa çalışacaq. Bu da nəticə etibarilə Mərkəzi Asiya dövlətlərinin Türkiyə və Azərbaycanla inteqrasiya prosesini zəiflədəcək”.

Bundan sonrakı mərhələdə yeni bir dövr başlayacaq. Hesab edirəm ki, Çinin iqtisadi sərmayələri Mərkəzi Asiyaya qoyulsa da, son nəticədə Mərkəzi Asiyanın türkdilli dövlətləri Türkiyə və Azərbaycanla birgə yeni bir qurumun yaradılmasında maraqlıdırlar. Hətta ola bilər ki, bu qurumun gələcəkdə hərbi, iqtisadi, siyasi və digər qanadları da formalaşsın. Bu tip proseslərin olacağı gözləniləndir.

Rusiyanın bu proseslərə sakit qalacağı gözlənilən deyil. Rusiya bütün gücü ilə çalışacaq ki, Mərkəzi Asiya dövlətlərində Türkiyə və Azərbaycan ilə yaxınlaşma prosesi gedəndə müəyyən variantlardan istifadə etsin. Rusiya həmin dövlətlərdə etnik, dini, milli zəmində problemlər çıxmamağa çalışacaq. Bu da nəticə etibarilə Mərkəzi Asiya dövlətlərinin Türkiyə-Azərbaycanla­ inteqrasiya prosesini zəiflədəcək.

Rusiyanın bu addımları atması gözləniləndir. Amma Rusiyanın addımları gözlənilən də olsa, Mərkəzi Asiyanın türkdilli dövlətləri Türkiyə və Azərbaycanla birləşib qlobal proseslərin əsas iştirakçılarından biri çevrilə bilərlər. Burada iki trilyon dollardan artıq büdcə və milyon yarımdan artıq hərbi güc var”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar