Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Pandemiya 100 milyon adamı yoxsulluğa düçar edib

Pandemiya üzündən dünyada 100 milyon adam yoxsulluğa düçar olub. Novator.az-ın məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

Baş katib əlavə edib ki, pandemiyaya görə 4 milyarda yaxın insan sosial dəstəkdən və səhiyyə xidmətindən məhrum olub, habelə ehtiyac duyduğu halda işsiz və gəlirsiz qalıb.

Antonio Quterreş dünyada koronavirus əleyhinə peyvəndlərin qeyri-bərabər bölüşdürüldüyünü də söyləyib. O bildirib ki, vaksin bərabərsizliyi həm dünyada milyonlarla insanı ölümə aparır, həm də trilyonlarla dollara başa gələ biləcək iqtisadi tənəzzülün ömrünü uzadır. Baş katib vurğulayıb ki, iqtisadi tənəzzül xüsusilə ən kasıb ölkələrdə müşahidə olunur.

Quterreş proqnozlara əsaslanaraq deyib ki, dünya qlobal iqtisadi artımın orta mərhələsində, ümumi daxili məhsulun həcminin 5%-dən 6%-dək yüksəldilməsi yolundadır: “Ancaq inkişafda olan ölkələr kateqoriyasına aid bir çox dövlət hələ bu göstəricidən geridə qalır. İqtisadi baxımdan inkişaf etmiş ölkələr öz ümumi daxili məhsulunun 28%-ni iqtisadiyyatın bərpasına xərcləyir. İmkansız ölkələrdə isə bu göstərici 1,8% təşkil edir”.

BMT-nin baş katibi investisiyaların həcmini artırmağa çağırıb və deyib ki, investisiyalar həm böhranı qısa müddətə aradan qaldırmağa, həm də uzunmüddətli bərpaya yönəldilməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tofiq Yaqublu: Möhkəm döydülər, sürüyüb avtomobilə atdılar, yolda yenə döydülər

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Oliqarx Cavanşir Feyziyev 90 milyonluq "Azərtütün"ü cəmi 29 milyona aldı

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

"Əli Kərimli, Tofiq Yaqublunun mübarizə metodunu əsla bəyənmirəm, amma..." – Aslan İsmayılov

"Ermənistan ordusundan götürülən texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

Deputat: "Şadyanalıqlara, toy məclislərinə məhdudiyyət qoyulmalıdır"

Hansı sahibkarlara dəstək göstəriləcək? - Açıqlandı

Britaniya Cavanşir Feyziyevin 15 milyon funt-sterlinqlik vəsaitinə əl qoymağa hazırlaşır

Ən çox oxunanalar