Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Nazir: "Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır"

Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır, lakin onların sabitliyi prioritetdir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya enerji həftəsi" çərçivəsində jurnalistlərə bildirib.

"İstehsalçı ölkə olaraq bu qiymət, təbii ki, bizi qane edir. Lakin əsas odur ki, bu qiymət sabit olsun. Əsas məqsəd – neftin qiymətinin sabit və proqnozlaşdırıla bilən olmasıdır", - deyə nazir bildirib.

P. Şahbazov eyni zamanda qeyd edib ki, Azərbaycan neftin qiymətinin daha da yüksək olmasını istəməzdi: "Hesab edirik ki, bu qiymətlər hətta bir qədər aşağı ola bilər. Qiymətlər elə olmalıdır ki, təkcə istehsalçı ölkələr üçün deyil, həm də istehlakçı ölkələr üçün komfortlu olsun".

Neft bazarındakı mövcud vəziyyəti dəyərləndirən P. Şahbazov baş verənlərdən hər kəsin məmnun olduğunu vurğulayıb. Hazırda nə neftin qiyməti, nə də onun tədarükünün miqdarı ilə bağlı ciddi mövzular yoxdur.

Qaz bazarında baş verənləri şərh edərək nazir qeyd edib ki, burada müəyyən tənzimləmələr gərəkdir.

Xatırladaq ki, hazırda neftin qiyməti 80 dollardan yuxarıdır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tofiq Yaqublu: Möhkəm döydülər, sürüyüb avtomobilə atdılar, yolda yenə döydülər

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Oliqarx Cavanşir Feyziyev 90 milyonluq "Azərtütün"ü cəmi 29 milyona aldı

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

"Əli Kərimli, Tofiq Yaqublunun mübarizə metodunu əsla bəyənmirəm, amma..." – Aslan İsmayılov

"Ermənistan ordusundan götürülən texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

Deputat: "Şadyanalıqlara, toy məclislərinə məhdudiyyət qoyulmalıdır"

Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

Hansı sahibkarlara dəstək göstəriləcək? - Açıqlandı

Ən çox oxunanalar