Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Türkiyəyə 40 təzə F-16 satmasa zarafat gerçəkləşəcək...

“The Financial Times” yazır ki, “Türkiyənin qırıcı təyyarə problemi var”, çünki ABŞ onilliklərdir NATO üzvü olan bu ölkənin sifariş etdiyi 100-dən çox təkmil F-35 qırıcı təyyarəsi almasını qadağan edib. Halbuki bu qırıcılar Türkiyə hərbi hava qüvvələrinin bel sütununu təşkil etməli idi.

ABŞ bununla da Rəcəb Tayyib Ərdoğanın Vladimir Putindən Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemi aldığına görə cəzalandırır. Qəzet yazır ki, Ankara bir gün öz hərbi hava qüvvələrini özünün istehsal etdiyi qırıcılarla quracağına ümid edir, amma hələlik qocalmaqda olan F-16 qırıcılarından ibarət donanmasına güvənir. Məqalədə xatırladılır ki, Ankara elə bu səbəbdən Vaşinqtondan 40 yeni F-16 istəyib. Türkiyə habelə 80 köhnə təyyarənin yenilənməsi üçün ehtiyat hissələri almaq üçün sorğu göndərib.

Türkiyənin müdafiə sənayesi üzərinə ABŞ sanksiyaları 2020-ci ilin dekabrında qoyulub. Halbuki onun qonşusu və köhnə rəqibi Yunanıstan həm Fransadan “Rafale” qırıcıları, həm də ABŞ-dan F-35 təyyarələri alır.

ABŞ Türkiyənin Rusiyadan aldığlı S-400 raket sistemini özünün F-35 qırıcıları üçün hədə hesab edir. Bu səbəbdən Ankara ümid edir ki, onun F-16 xahişi ilə bağlı problem olmamalıdır. Məqalədə deyilir ki, Türkiyənin bu sifarişinin yerinə yetirilməsi təkcə ABŞ müdafiə sənayesi üçün sərfəli olmaz, həm də ABŞ və onun müttəfiqləri arasında münasibətləri sağlamlaşdırardı.

Qəzet qeyd edir ki, Qərb müttəfiqləri Ərdoğanın Putinlə yaxınlaşmasında maraqlı deyillər. Hazırda Vaşinqtondakı Carnegie Beynəlxalq Sülh Fondunda çalışan keçmiş diplomat Alper Coşkun deyir ki, ABŞ-ın Türkiyənin istəyinə qarşı çıxmaması Qərb üçün son dərəcə faydalı olardı: “Burda əsl imkanlar var. Bu, Türkiyənin müdafiə sisteminin, ən azı onun əhəmiyyətli elementinin transatlantik münasibətlərə bağlılığını təmin edərdi. Bu, bütün başqa sahələrdə də təlatüm yaradan dilemmadan çıxış yolu olardı”.

Narahatlıq bundandır ki, Ərdoğanın başqa yolu qalmaya bilər. Məqalədə xatırladılır ki, 2019-cu ildə Rusiyada keçirilən aviasiya şousunda Putinlə dondurma yeyən Ərdoğan ondan yarızarafat Su-57 qırıcıları almağın mümkün olub-olmamasını soruşmuşdu. Bəzi Qərb rəsmiləri narahatdırlar ki, indi həmin zarafat gerçəyə çevrilə bilər.

Türkiyənin F-16 xahişinin yerinə yetirilməsini istəyən bir Avropa diplomatı müxbirə deyib: “Əgər amerikalılar bu satışa razı olmasalar, Türkiyə nə edəcək? Onlar qırıcıları ya Rusiya, ya da Çindən alacaqlar. Onlar bu boşluğu doldurmalıdırlar”.

Lakin məqalədə deyilir ki, ABŞ-ın inadından dönüb-dönməyəcəyi hələlik aydın deyil. F-16 qırıcılarının Türkiyəyə satışı Ərdoğana çoxsaylı iradları olan Konqres tərəfindən bloklana bilər.

Ərdoğan ABŞ-a yeni F-16-lar barədə sifarişdən əvvəl CBS telekanalına müsahibəsində demişdi:“Gələcəkdə heç kim bizim hansı ölkədən və hansı səviyyədə müdafiə sistemləri almaq qərarımıza müdaxilə edə bilməyəcək”.

Filadelfiyada mənzillənmiş Xarici Siyasət Tədqiqatları İnstitutunun Yaxın Şərq proqramının direktoru Aaron Steyn deyir ki, qəzəblənmiş Konqres Ərdoğandan S-400 məsələsində kompromis gözləyir, amma Türkiyə prezidenti çətin ki, belə bir güzəştə hazır ola.

Bu vəziyyət Bayden administrasiyası üçün dilemma yaradır. Türkiyədən heç bir geri addım görmədən onun F-16 ricasına əməl olunması Ankara tənqidçilərinə əsassız lütfkarlıq kimi görünə bilər. Əgər F-16 məsələsində Türkiyəyə rədd cavabı verilsə, onda Ankaranın əlinə Rusiyaya üz tutmaq üçün girəvə düşəcək. Məqalədə deyilir ki, Türkiyənin müdafiə sahəsində Rusiya ilə daha dərin əməkdaşlığı Ankaranın maraqlarına xidmət etmir. (virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar