Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanovdan 350 min manatlıq “cari təmir”

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Mərkəzi Dəmir Yol Xəstəxanası cari təmir işlərinin satın alınması üzrə müsabiqəyə yekun vurub.

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Aran Tikinti-Quraşdırma” MMC olub. Tərəflər arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 341 532.8 AZN təşkil edir. Mərkəzi Dəmir Yol Xəstəxanasında konkret olaraq hansı təmir işlərinin aparılacağı barədə məlumat verilmir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Aran Tikinti-Quraşdırma” MMC 29 iyul 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 51, mənzil 1-dir. MMC-nin qanuni təmsilçisi Cəfərov Maşallah Möhsüm oğludur.

Açıq mənbələrdə nə şirkət, nə də qanuni təmsilçisi barədə məlumat var.

Araşdırmalarımız zamanı isə aydın olub ki, "Aran Tikinti-Quraşdırma” MMC 1 ildir fəaliyyət göstərməsinə baxmayaraq, iri məbləğli satınalma müsabiqələrinin qalibi olub. Bu müqavilələrə əsasən 2021-ci ilə təsadüf edir. Cari ildə sözügedən MMC nə az, nə çox - 4 033 033.17 manatlıq sifariş alıb.

Yeni yaranan, barəsində hər hansı məlumat olmayan "Aran Tikinti-Quraşdırma” MMC-yə bu etimadın səbəbi bəlli deyil. "Dövlət satınalamları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacidbir. Yeni yaranan şirkəti bu kriteriyarala cavab verdiyi inandırıcı görünmür.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. O, 2015-ci ildən bu vəzifəni daşıyır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar