Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran kəşfiyyatının göndərdiyi azərbaycanlı killerə görə iki ölkə rəhbərləri arasında telefon danışığı

Ötən ay sentyabrın 27-də Kiprdə tutulan, Rusiya pasportu daşıyan 38 yaşlı azərbaycanlı killerin (onun adı hələ də məxfi saxlanılır,-red.) motivinin terror olduğu ən çox ehtimal edilən versiyadır. virtualaz.org xəbər verir ki, “The Times of İsrael” qəzeti bu haqda Kipr mənbələrinə istinadən yazır. Bildirilir ki, Kirp hakimiyyəti həmin killerin bir və ya bir neçə israilli biznesmeni öldürmək məqsədi ilə göndərildiyini əsas versiya kimi nəzərdən keçirir.

Yerli “Philenews”saytının yazdığına görə hücum “müsəlman festivalı zamanı” həyata keçirilməliydi və İranın adından mesaj göndərməyə istiqamətlənmişdi. Hansı “müsəlman festivalından” söhbət getdiyi dəqiqləşdirilmir, amma çox güman ki, söhbət İmam Hüseynin sentyabrın 29-na təsadüf edən 40 mərasimi nəzərdə tutulur.

Bununla belə qeyd edilir ki, Kipr polisi öz qənaətini rəsmən elan etməzdən əvvəl “bütün faktları sistemli şəkildə öyrənməyə” çalışır.

Həmin xəbər saytı habelə bildirir ki, Kipr prezidenti Nikos Anastasiades məsələ ilə bağlı İsrailin baş naziri Naftali Bennetlə telefonla danışıb. Hərçənd Kipr tərəfi bu telefon danışığı barədə rəsmən məlumat yaymayıb, eləcə də Naftali Bennetin ofisi bu haqda heç nə bildirmir.

Bundan əvvəl xəbər verilmişdi ki, Kipr polisi həmin azərbaycanlı ilə əlaqəsi olan 27 yaşlı pakistanlını da həbs edib. Onun sifarişli qətl törətmək üçün göndərildiyi ehtimal edilən azərbaycanlı ilə dəfələrlə telefonla danışdığı müəyyən olunub. Həmin pakistanlı yemək çatdırılması xidmətində işləyir. Şübhəli azərbaycanlıdan isə yemək çatdırılma xidməti əməkdaşının forması tapılıb, Kipr hakimiyyəti hesab edir ki, o həmin formanı pakistanlıdan alıb və məqsədi yemək çatdıran qismində israilli biznesmenlərin işlədiyi ofisə daxil olmaq idi. Bəzi məlumatlara görə killerin hədəfindəki biznesmenlərdən biri israilli milyarder Tedi Saqi olub. Digər məlumatlara görə isə onun özünü yox, ofisinin əməkdaşlarını öldürmək planlaşdırılmışdı.

Azərbaycanlının vəkili və onun dalınca Moskvadan Kiprə getmiş qardaşı isə terrorçuluq və İranla bağlılıq haqda iddiaları rədd edirlər.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar