Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Mübariz Qurbanlı: "Ekstremist radikal qruplaşmaların Azərbaycanda ictimai asayişi pozmaq imkanları sıfırdan aşağıdır"

“Hər hansı bir ekstremist radikal qruplaşmaların hansısa dini məzhəb adı altında Azərbaycanda ictimai asayişi pozmaq və ya hər hansı bir hərəkət etmək imkanları sıfırdan aşağıdır”.

PİA.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı feysbuk hesabında yazıb.

Komitə sədri qeyd edib ki, bu, qeyri-mümkündür:

“Kimsə hesab edirsə ki, din adı altında Azərbaycanın ictimai-siyasi quruluşuna və ya ictimai asayişini, stabilliyini, sabitliyini pozmaq üçün o qrupların adı ilə nə isə edə bilər, çox yanlışlığa yol verir. Xəyal qırıqlığına qapılacaq. Ona görə ki, Azərbaycanda xalq monolitdir, güclüdür, dövlət də güclüdür, xüsusi xidmət orqanlarımız da güclüdür. İdeoloji cəhətdən bu işlər Azərbaycanda kifayət qədər aparılır. Medianın da burada rolunu xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, Azərbaycanda heç kim, heç bir qruplaşma din adı altında gizlənərək, din pərdəsi altında nəsə edə bilməyəcək. İctimai, siyasi, iqtisadi sabitlikdir, xalq və hakimiyyət arasında çox möhkəm bağlar var, vəhdət var və cənab Prezidentin simasında Azərbaycanı daha böyük zirvələrə aparacaq Lider var!”

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Ramanıda axan qardaş qanı: yoxsulluq, səfalət, işsizlik və narkotik...

Ən çox oxunanalar