Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vətən Müharibəsi şəhidi Rövlan Məmmədovun anım günü qeyd olunub – Foto

Oktyrabrın 15-də şəhid Məmmədov Rövlan Qurban oğlunun anım günü ilə əlaqədar oxuduğu Xətai rayonu 194 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, ailə üzvləri və qohumlatı iştirak edib.

Sonra şəhidin xatirəsinə yaradılmış xatirə bulaq kompleksi və məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.

Çıxış edənlər bildiriblər ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.

Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kampazisiya təqdim olunub.

Şəhidin anası göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tofiq Yaqublu: Möhkəm döydülər, sürüyüb avtomobilə atdılar, yolda yenə döydülər

21-ci əsrdə özünü “qul elan edən” nazir müavini nələrini sığortalamaq istəyir?

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Oliqarx Cavanşir Feyziyev 90 milyonluq "Azərtütün"ü cəmi 29 milyona aldı

Helikopter qəzasında həlak olan hərbçilərdən üçü Şəhidlər xiyabanında dəfn edilmədi

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

"Əli Kərimli, Tofiq Yaqublunun mübarizə metodunu əsla bəyənmirəm, amma..." – Aslan İsmayılov

Deputat: "Şadyanalıqlara, toy məclislərinə məhdudiyyət qoyulmalıdır"

"Ermənistan ordusundan götürülən texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay