Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ 40 F-16 satmaqdan imtina etsə Türkiyə nə edəcək?

Əgər ABŞ F-35 qırıcılarının ardınca Türkiyəyə 40 ədəd F-16 qırıcılarını da satmaqdan imtina etsə Ankara Rusiyadan Su-35 və Su-57 qırıcıları ala bilər. virtualaz.org xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri İsmayıl Dəmir “Kanal 7”-yə müsahibəsində belə deyib.

Xəbər verildiyi kimi, bu günlərdə Türkiyə 40 F-16 qırıcılarının alınması üçün ABŞ Dövlət Departamentinə rəsmi sorğu göndərib. Bəzi ekspertlərə görə, Konqres Türkiyəyə yeni F-16 qırıcılarının satışını əngəlləyə bilər.

“Əgər proses (ABŞ-ın yeni F-16 qırıcılarını satması və Türkiyənin Hərbi Hava Qüvvələrinin arsenalında olan F-16 qırıcılarının modernizə edilməsi,-red.) nəticə verməsə o zaman Türkiyə alternativsiz deyil. Zərurət yaranarsa istənilən vaxt Su-35 və Su-57 mövzusu açıla bilər. Bizim sənayemiz ölkəmizin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir, əgər əlavə nəsə gərək olsa biz çıxış yolu tapacağıq”,-İsmayıl Dəmir bildirib.

 Xatırladaq ki, Türkiyə beşinci nəsil F-35 qırıcıları layihəsinin iştirakçısı idi və “Lockheed Martin” korporasiyasından 100 belə təyyarə almağa hazırlaşırdı. Türkiyə tərəfi layihəyə 1.4 milyard dollar xərcləsə də sonradan Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini alması Vaşinqtonun narazılığına səbəb oldu. Nəticədə Türkiyə F-35 layihəsindən çıxarıldı, onun xərclədiyi vəsait isə qaytarılmadı. Ötən gün prezident Ərdoğan jurnalistlərə bildirib ki, F-35 qırıcılarının əvəzində yeni F-16 təyyarələrinin alınması barədə təklifi ABŞ tərəfi irəli sürüb. Türkiyə tərəfi bu təklifə müsbət yanaşıb və müvafiq sorğu göndərib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar