Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirilib - Foto

Oktyabrın 18-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Sarayının, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə II Beynəlxalq Vokalçılar Festivalı keçirilib.

Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, və şəhər ictimaiyyəti iştrirak ediblər. Gəncə İH-dən APA-ya verilən məlumata görə, əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konserti giriş sözü ilə açan Vasif Cənnətov tədbir iştriakçılarını 18 oktyabr-Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O qeyd edib ki, II Beynəlxalq Vokalçılar Festivalında Gəncə şəhərindən, Samux, Tovuz, Ağstafa rayonlarında olan 22 vokalçı iştirak edir. Festivalda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, eləcə də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romansları da təqdim ediləcəyini vurğulayıb. O, eyni zamanda bildirib ki, bu festivala 2021-ci ildən Beynəlxalq statusu verilib və bu da Azərbaycanın vokal musiqisinə verilən ən böyük töhfədir.
Konsertdə Xalq artisti Rafael Bayramovun baş dirijorluğu ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri çıxış edib. Proqramda dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, F. Əmirov, Niyazi, M. Maqomayev, T.Quliyev, A.Zeynallı, C.Verdi, R.Loretti, L.Arditi və başqalarının əsərləri səsləndirilib. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, beynəlxalq müsabiqələr laureatı Fuad Muradov, solistlər Tural Abdullayev, Rüstəm Cəfərov və digər peşəkar səhnə ustalarının ifası tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Festivalda Respublikanın Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, Beynəlxalq müsabiqələr laureatları Fuad Muradov, Nəzrin Zeynalova, Altun Süleymanov, Bayram Həsənov, İslam Əlizadə, eləcə də digər solistlər Cəlal İsayev, Rəhman Quliyev, Sevda Qafarova , Qaya Nəsibzadə, Cavidan İsayev, Günel Hacıyeva, Zeynəb Abdullayeva, Elmir Pişnamazzadə, Rövşən Quliyev, Vasif Bayramov, Rüstəm Cəfərov çıxış ediblər.

Festival solistlər Vasif Bayramovun və Rüstəm Cəfərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb.


pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar