Cümə, 03 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ Qara dənizdə güclənmək üçün hərəkətə keçdi

Yunanıstan bəyan edir ki, ABŞ noyabrda Dədəağaca təlimlər üçün böyükhəcimli hərbi yük göndərəcək.

PİA.az xəbər verir ki, yunan mediasında yayılan xəbərə görə, gələcək həftələrdə ABŞ-dan Dədəağac limanına göndəriləcək hərbi yük bu günə qədər görülməmiş dərəcədə çox olacaq.

Bu yük əsasən çox sayda helikopter, Pilotsuz Uçuş Aparatları (PUA), tank, artilleriya və ağır silahlardan ibarət olacaq.

Məqsəd Dədəağacdan başlayaraq Rumıniya və Bolqarıstan üzərindən Balkanlar və Orta Asiyaya uzanan bir təlimlərdə iştirakdır. Qeyd olunur ki, USNS hərbi gəmi ötən il bənzər təlimlər üçün bölgəyə böyük miqyasda silah-sursat daşıyıb.

Noyabrda gətiriləcək hərbi yüklərdə Romeo, Sikorski, Chinooki model helikopterlər, M1 Abrams tankı daxil olmaqla çox sayda zirehli texnika bölgədə yerləşdiriləcək.

ABŞ-ın Afinadakı səfiri bəyan edib ki, noyabrda Dədəağaca bu günə qədər heç gətirmədiyimiz qədər çox sayda təyyarə və helikopter çatdırılacaq.

Mütəxəssislər ABŞ-ın Dədəağac limanına bu qədər əhəmiyyət verməsinə səbəb kimi Vaşinqtonun Balkanlar və Qara dənizdə həm NATO, həm də ABŞ-ın gücünü artırmaq niyyəti ilə izah edirlər.

Xəbərdə ABŞNATO-nun Dədəğaca limanı vasitəsilə Balkanlar və Şərqi Avropadakı artan hərbi varlığının Rusiyanı narahat edəcəyi qeyd edilir.

Qeyd edək ki, bu ilin mayında keçirilən çoxtərəfli təlimlərə Türkiyəyə xüsusi töhvə vermişdi.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

İcra hakimiyyətləri ləğv olunacaq? – 14 icra başçısı ola bilər

Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

"Ermənistan ordusundan götürülən texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

Mixeil Saakaşvili: "İlham Əliyevin müharibə zamanı Gürcüstana nə etdiyini deyəcəm"

Xalid Niyazov: “Ramiz Mehdiyev elə bilir AMEA buna dədəsindən miras qalıb”

“Rusiya Şərqi Ukraynanı ilhaq edib, “Yeni Rusiya” dövlətini yarada bilər” - Politoloq

Əli Kərimlinin növbəti ifşası Real TV-də Saleh Rüstəmlinin dilindən səsləndirilib - Video

Bir neçə gün əvvəl toyu olan cütlük xəstəxanalıq oldu

Nonsens: Şirvan Şəhər Ərazi İdarəsinin mühəndisi özü verdiyi “Çıxarış”ı tanımaqdan imtina edir…

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay