Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AzerGold” Kəlbəcərdə yerləşən sahədə ilkin axtarış-kəşfiyyat işlərinə başlayıb

“AzerGold” QSC Kəlbəcərdə yerləşən “Tutxun” təzahür sahəsində ilkin axtarış-kəşfiyyat işlərinə başlayıb.

Bunu “Report”a açıqlamasında “AzerGold”un Mətbuatla iş sektorunun müdiri Ariz Tarverdiyev bildirib.

Onun sözlərinə görə, “Tutxun” təzahür sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir: “Təzahür sahəsində qızıl, gümüş və mis metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib”.

O qeyd edib ki, “AzerGold” QSC-nin axtarış-kəşfiyyat proqramına əsasən ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılır: “Peyk üsulu ilə hiperspektral çəkiliş tədqiqatları ilə paralel olaraq, arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması kimi ilkin qiymətləndirmə işləri də icra olunmaqdadır. Gələn ilin aprel ayından genişmiqyaslı kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur”.

“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar