Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX şefinin sözləri Ermənistanda həyəcan yaratdı

DTX rəisi Əli Nağıyev: "Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgələrə səfərlər yalnız respublikamızın ərazisindən istifadə etməklə mümkündür"...

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsinə erməni politoloqları həyəcanla reaksiya veriblər.

PİA.az xəbər verir ki, DTX şefi Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri ilə görüşündə regionda hökm sürən yeni reallıqların nəzərə alınmasını tövsiyə edib. Bildirib ki, BQKX-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərləri Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkündür.

Erməni ekspertlər Azərbaycanın güc strukturu rəhbərinin bu fikirlərini tələb kimi qiymətləndirib və bunun icra ediləcəyindən ciddi narahatlıq ifadə ediblər. Belə ki, artıq Azərbaycanın öz ərazisində suveren haqlarını tam bərpası istiqamətində əhəmiyyətli addımlar atmasını Ermənistanın 30 illik siyasətinin “tam iflası” olaraq görürlər.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə Ermənistanla əlaqə üçün təqdim edilən Laçın dəhlizi yalnız və yalnız Qarabağdakı erməni əhalisi üçün nəzərdə tutulub. Bu dəhlizdən xarici ölkə vətəndaşlarının istifadəsi yalnız Azərbaycanın razılığı ilə ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar